Azərbaycan nümayəndə heyəti Mədinə
şəhərində
Mədəniyyət Nazirlərinin
VIII İslam Konfransında iştirak edir
Yanvarın 21-də 2013-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı öz işinə başlamışdır.
Yanvarın
23-də başa çatacaq konfransda Azərbaycanı mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil edir.
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, VIII
konfransın açılış mərasimində
Əbülfəs Qarayev VII konfransın prezidenti kimi
çıxış edərək İSESCO-nun son iki il
müddətindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Konfrans
çərçivəsində "Mədəni
hüquqların sülh və dialoqda rolu" sessiyasında isə
Ə.Qarayev ölkəmizin nümayəndə heyətinin rəhbəri
kimi çıxış edərək son iki ildə Azərbaycan-İSESCO
əməkdaşlığının inkişafından, həyata
keçirilən birgə layihələr və perspektivlərdən
bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təbrikini konfrans
iştirakçılarına çatdırmışdır.
Səfər
çərçivəsində nazir Ə.Qarayev İSESCO-nun
baş direktoru Əbdüləziz Othman Altvaijri və Səudiyyə
Ərəbistanı Krallığının mədəniyyət
və informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə
görüşlər keçirmişdir. Əbülfəs
Qarayev, həmçinin Səudiyyə
Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman Əl Saud ilə də görüşmüş
və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin salamlarını ona çatdırmışdır.
Azərbaycan.-2014.- 23 yanvar.- S.4.