Dövlət Sosial
Müdafiə Fondunun sədri Qubada şimal
bölgəsindən olan vətəndaşları
qəbul etmişdir
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayonun, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirmişdir.
AzərTAc xəbər verir ki, "Açıq qapı" formatında keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri əsasən pensiyaların yenidən hesablanmasının hüquqi aspektləri, əmək stajının hesablanması kimi məsələləri əhatə etmişdir. Müraciətlərin bir qismi isə pensiya növünün dəyişdirilməsi, güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olmuşdur.
Bütün
müraciətlər operativ qaydada
araşdırılmış və onların bir qismi yerindəcə
həll edilmişdir. Bir sıra
müraciətlərlə bağlı müvafiq
şəhər və rayon şöbələrinin
rəhbərlərinə, fondun digər vəzifəli
şəxslərinə tapşırıqlar verilmişdir.
DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər
isə müvafiq təşkilatlara
çatdırılması üçün
qeydə alınmışdır.
Azərbaycan.-2014.- 23 yanvar.- S.4.