Azərbaycan Prezidenti İlham Əliyev Davosda «Airbus Group International»
şirkətinin
baş icraçı direktoru
Jan Pyer Talamoni ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Fransanın "Airbus Group International" şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olundu.
Söhbət
zamanı Azərbaycanın müvafiq qurumları ilə
"Airbus Group International" şirkəti arasında əməkdaşlığın
genişləndirilməsinə dair məsələlər
müzakirə edildi.
AzərTAc
Azərbaycan.-2014.- 23 yanvar.- S.1.