Azərbaycan ilə «Swiss
Re» şirkəti arasında
əməkdaşlığın
inkişafı məsələləri müzakirə
olunmuşdur
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Swiss Re" şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə "Swiss Re" şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olundu. Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 23 yanvar.- S.1.