Xocalı Soyqırımını Tanıtma və Araşdırma Mərkəzi sədrinin AzərTAc-a

 müsahibəsi Türkiyə mətbuatında böyük maraq doğurmuşdur

 

Xocalı Soyqırımını Tanıtma və Araşdırma Mərkəzinin sədri Ceyhun Ələkbərovun AzərTAc-a verdiyi müsahibə Türkiyə mətbuatında böyük maraq doğurmuşdur.

"Erməni keşişləri I Pyotr ilə nə üçün görüşüblər?" sərlövhəli həmin müsahibə Türkiyə mətbuatında geniş işıqlandırılmışdır.

 Türkiyənin bir sıra xəbər saytları, o cümlədən  Qafqaz xəbərləri, Türkiyə xəbər agentlikləri, "siyasətcafe", "doqquz xəbər", İğdır vilayətinin saytları bu müsahibəni AzərTAc-a istinadla yaymışlar.

Həmin müsahibədə tarixən ermənilərin müəyyən qüvvələrin siyasətlərinə lazım olduqları zaman ortaya çıxaraq çirkin oyunların iştirakçısına və alətinə çevrilmələri bildirilir. Vaxtilə Rusiya çarı I Pyotr Qafqaz bölgəsində sosial dayaqlarını gücləndirmək üçün ermənilərdən çox məharətlə istifadə etməsindən, onun Qafqaz siyasətində ermənilərin xüsusi yer tutmasından bəhs olunur.

Müsahibədə Ceyhun Ələkbərov I Pyotrun Qafqaza yürüşünə erməni keşişləri və əsasən Qriqoriyan kilsəsinin hərtərəfli dəstək verdiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, erməni din xadimləri çara dəstək xarakterli məktublarında onun yanında olduqlarını yazmışlar.

Müsahibədə bildirilir ki, XIX əsrin ortalarından başlayaraq Osmanlı imperiyasının çökdürülməsində də ermənilərdən istifadə edilmiş, onların sürətlə təşkilatlanmasına dəstək verilmişdir.

Ceyhun Ələkbərov dünyaya göz açdığı Xocalı şəhərinin bir əsrdə 3 dəfə - 1905, 1918 və 1992-ci illərdə ermənilərin hücumuna məruz qalaraq yerlə-yeksan edildiyini bildirmişdir. Vurğulamışdır ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı insanlıq adına utanc gətirən hadisə kimi dünya mediasında da öz əksini tapmışdır.

Diqqətə çatdırılmışdır ki, əsl həqiqətlər üzə çıxdıqca erməni lobbisi ilə bağlı yaranmış "məğlubedilməz" mif fiaskoya uğramaqdadır. Artıq dünya dövlətlərinin erməni diasporunun zaman-zaman, hətta erməni xalqı adından da uydurduğu dramatik yalanlara inanmadıqlarını ifadə etməkdədir. Bu da Azərbaycan dövlətinin güclənməsi, bölgədə və dünyada nüfuzunun gündən-günə artması, diasporlobbiçilik sahələrində işinin mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi ilə sıx bağlıdır.

Xəbərlərin linklərini təqdim edirik:

 

http://www.siyasetcafe.com/Dunya-Haberleri/1344-ermeni-papazlari-i-petroyla-neden-gorustuler

 

https://www.facebook.com/l.php?u=http%3A%2F%2Fdokuzhaber.com%2Fermeni-papazlari-i-petroyla-neden-gorustuler.html&h=yAQFWkHTi

 

http://www.turkiyehaberajansi.com/koseyazilari/906/Ermeni-papazlari-I-Petro%60yla-neden-gorustuler#.UtlnPKz1p-o.facebook

 

http://www.igdirim76.com/haber/hocali-soykirimini-tanitma-ve-arastirma-merkezi-baskani-ceyhun-alekperov/1039/

 

http://www.kha.com.tr/guncel/20525--Ermeni-papazlari-I.-Petro%E2%80%99yla-neden-gorustuler_.html

 

Azərbaycan.-2014.- 23 yanvar.- S.7.