Tənhalığın nağılı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində dramaturqaktyor Məcid Vahidzadənin eyni adlı əsəri əsasında hazırlanmış "Bir səbət tənhalıq" tamaşasının premyerası keçirildi.

Bu səhnə əsərində aktual məsələyə toxunulur. Fiziki qüsurlu insanların cəmiyyətə adaptasiya olunması nə qədər diqqət mərkəzindədir və ictimaiyyət tərəfindən, bu, birmənalı qəbul edilirmi? Tənhalıq dedikdə, tamaşaçıların xəyalında ilk olaraq yalnızlıq və darıxdırıcılıq təəssüratı formalaşır. Ancaq bu əsərdə söhbət mənəvi tənhalıqdan gedir.

Yeni səhnə əsərinin qurulşuçu rejissoru əməkdar artist Nofəl Vəliyev, musiqi tərtibatçısı İradə Muradova, səhnə tərtibatçısı Zəminə Orucovadır. Fiziki cəhətdən qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Küşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

 

Azərbaycan.-2014.- 23 yanvar.- S.8.