Azərbaycan Prezidenti İlham Əliyev Davosda «Philips» şirkətinin vitse-prezidenti Ronald de Jong ilə görüşmüşdür

 

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Philips" şirkətinin vitse-prezidenti satış üzrə rəhbəri Ronald de Jong ilə görüşmüşdür.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edildi, "Philips" şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 24 yanvar.- S.1.