Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Baş naziri Mark Rutte ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşmüşdür.

İkitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, investisiya qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırıldı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 24 yanvar.- S.1.