Azərbaycan ilə «Hewlett-Packard»
şirkəti arasında əməkdaşlığın
perspektivlərinə dair məsələlər
müzakirə olunmuşdur
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Hewlett-Packard" şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə "Hewlett-Packard" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında "Hewlett-Packard" şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 24 yanvar.- S.2.