Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin görüşü
olmuşdur
Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirildi və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edildi, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin hazırkı vəziyyəti ilə
bağlı ətraflı fikir mübadiləsi
aparıldı, qarşılıqlı maraq doğuran digər
məsələlər müzakirə edildi.
AzərTAc
Azərbaycan.-2014.- 24 yanvar.- S.2.