Azərbaycan Prezidenti İlham Əliyev «GDF Suez»
şirkətinin
baş
icraçı direktoru
Jerar Mestrale ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "GDF Suez" şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edildi, bu əlaqələrin inkişafında "GDF Suez" şirkətinin də xüsusi rolu vurğulandı.
Söhbət
zamanı "GDF Suez" şirkəti ilə
"Abşeron" qaz yatağı üzrə görülən
işlərdən məmnunluq ifadə olundu və digər sahələrdə
əməkdaşlıqla bağlı fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 24 yanvar.- S.2.