Təhsil nazirinin müavini Londonda azərbaycanlı tələbələrlə görüşüb

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür.

C.Bayramov səfəri çərçivəsində keçirdiyi görüşləri barədə məlumat vermişdir. Azərbaycanda təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsindən danışan nazir müavini Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini vurğulamışdır.

C.Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası, Azərbaycanın ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirilməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyədək xaricə göndərilmiş tələbələr və məzunların işlə təmin edilməsi mexanizmindən danışmışdır. Bildirilmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsinə xidmət edir. Təhsil nazirinin müavini tələbələrin suallarını cavablandırmış, onların problemləri ilə maraqlanmışdır.

 

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 24 yanvar.- S.6.