Yenə də həmin
dalğa, həmin koordinat
"Human Rights Watch" təşkilatı artıq
müəyyən
maliyyə və
siyasi mərkəzlərin
əlində alətə
çevrilib
Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırdıqca, dünya birliyindəki mövqelərini
gücləndirdikcə uğurlarımızı
gözü götürməyənlər
də ortaya çıxır, hər vəchlə ölkəmizə,
xalqımıza qara yaxmağa çalışırlar. Xüsusilə bəzi xarici dairələr, təşkilatlar
ölkəmizdəki reallıqları
təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini
davam etdirirlər.
Bəllidir ki, erməni lobbisi və bütövlükdə antiazərbaycançı
şəbəkə Azərbaycana
qarşı "qara piar" aparmaqla məşğuldurlar. Hazırladıqları hesabatlarda ölkəmizdəki
demokratik vəziyyəti
qəsdən təhrif
edir, guya insan hüquq və azadlıqlarının
pozulduğunu iddia edirlər. "Amnesty İnternational", "Human Rights Watch" kimi antiazərbaycançı
şəbəkənin maraqlarına
xidmət edən təşkilatların Azərbaycana
dair hesabatlarının
qərəzli və qeyri-obyektiv olduğu hətta xarici ekspertlər tərəfindən
də təsdiq olunur. Bu günlərdə
"Human Rights Watch" təşkilatı
hesabat yayaraq ölkəmizdə keçirilən
prezident seçkiləri
ərəfəsində guya
insan haqlarının pozulduğunu, Əkrəm
Naibovun "Daş yuxular" adlı çızmaqarasına görə
dövlət tərəfindən
təzyiqə məruz
qaldığını iddia
edib. "2014 Dünya
Hesabatı" adlı
tədqiqatın Azərbaycanla
bağlı hissəsində
iddia edilir ki, ötən il toplaşma,
söz azadlığı,
iqtisadi durumla bağlı vəziyyət
guya daha da pisləşib. Əlbəttə ki, bu qərəzli hesabata ölkə siyasətçiləri,
ictimaiyyət ciddi etirazını bildirməyə
bilməzdi. Ən azı
ona görə ki, Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində
ölkəmizdə olan
beynəlxalq təşkilatların
sayı-hesabı yox idi və onların
heç birinin hesabatında bu məlumatlar öz əksini tapmayıb.
Bu məsələyə münasibət
bildirən siyasətçilər
"Human Rights Watch" təşkilatının
yenə də qərəzli olduğunu bildirirlər:
Milli Məclsin Təhlükəsizlik
və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, qalmaqallı
ad çıxaran "Human Rights Watch"
təşkilatı 2014-cü ilin ilk hesabatını açıqlayıb. 2013-cü il üzrə dünyanın 90-a yaxın
ölkəsində guya
insan hüquq və azadlıqlarını
dəyərləndirən təşkilat
budəfəki hesabatında
da Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları
ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar yer alır: "Hesabatda Azərbaycan hakimiyyətinin
onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi
əhval-ruhiyyəli jurnalistlərin
tutulduğu, bir neçə dinc ictimai nümayişlərin
dağıdıldığı iddia edilir. Təşkilatın
müdafiə etdiyi
"siyasi fəallara"
qarşı ittihamların
məhkəmə prosesində
öz təsdiqini tapdığına, onların
Azərbaycan qanunlarına
qarşı bilərəkdən
hörmətsizliyi faktının
mövcudluğuna isə
"Human Rights Watch" göz yumur və hesabatında
yada salmır. Tənqidi əhval-ruhiyyəli jurnalistlərin
isə açıq şəkildə hökuməti
tənqid etdiyi və hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici QHT-ni qətiyyən maraqlandırmır".
Deputat vurğulayıb
ki, təşkilat hesabatında 2013-cü ilin
oktyabrında keçirilən
prezident seçkilərini
yada salır və seçkilərə
dair öz şübhələrini bildirir. "Beş minə qədər seçki məntəqəsini əhatə
edəcək nümayəndələrə
malik olmadan seçkini tənqid etməsi xarici təşkilatın siyasi sifariş yerinə yetirdiyini açıq-aydın
göstərir. Heç bir
əsas olmadan səslərin sayılmasına
dair saxta bir rəqəm səsləndirilir" - deyən
deputatın sözlərinə
görə, Azərbaycan
növbəti dəfə
xarici QHT-nin böhtanı və saxtakarlığı ilə
rastlaşır. Bu, birinci dəfə deyildir, ardıcıl olaraq təşkilat ölkəmizə, müstəqilliyimizə
qarşı qərəzli
mövqe tutur. Bunun siyasi sifariş, ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun
aşağı salınması
üçün növbəti
cəhd olduğu açıq-aşkar hiss edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi
Çingiz Qənizadə
də qəzetimizə
verdiyi açıqlamada
bildirib ki, "Human
Rights Watch" təşkilatının bu hesabatı qərəzlidir. Deputatın fikrincə, hesabatdakı
Azərbaycanla bağlı
iddialar reallığı
əks etdirmir, qeyri-ciddidir və antiazərbaycançı dairələrin
sifarişinin məhsuludur.
Ona görə də bu cür yersiz
və qərəzli hesabatlarla nə ölkəmizə təzyiq
etmək, nə də nüfuzunun artmasının qarşısını
almaq mümkündür.
Hüquq müdafiəçisinin sözlərinə
görə, ölkəmizdə
keçirilən prezident
seçkiləri ərəfəsində
bir çox beynəlxalq təşkilatların
nümayəndələri müşahidələr
aparıb, bölgələrdəki
vəziyyət öyrənilib. Ancaq həmin
ərəfədə hüquqpozma,
həbs, hər hansısa bir təziyq elementlərinə
rast gəlinməyib.
Əgər hər hansısa
bir problem baş versəydi, bu, mütləq beynəlxalq təşkilatların nümayəndələri
tərəfindən qeyd
edilər və hesabatlarında öz əksini tapardı. Deputat qeyd edib
ki, "Human Rights Watch" kimi bəzi beynəlxalq QHT-lər demokratiya dəyərlərindən
sui-istifadə etməklə,
əslində, müəyyən
maliyyə və siyasi mərkəzlərin
əlində təzyiq
vasitəsi olmaq yolunu tutublar. Ona görə də bu təşkilat tərəfindən bir dənə də olsun ədalətli və obyektiv hesabat verilməyib.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 24 yanvar.- S.5.