Avstraliya İttifaqının
General-Qubernatoru zati-aliləri
xanım Kventin Braysa
Hörmətli xanım General-Qubernator!
Milli bayramınız
- Avstraliya günü
münasibətilə Sizə
və xalqınıza
Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi
yetirirəm.
Son illərdə Azərbaycan-Avstraliya
əlaqələrinin genişlənməsi
məmnunluq doğurur. Ümidvaram ki,
ikitərəfli və
çoxtərəfli qaydada
əməkdaşlığımızın
inkişafı yolunda bundan sonra da
birgə səylər
göstərəcəyik.
Bu əlamətdar gündə
Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 yanvar 2014-cü il
Azərbaycan.-2014.- 26 yanvar.- S.1.