Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Pranab Mukherciyə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Respublika günü münasibətilə Sizi bütün Hindistan xalqını Azərbaycan xalqı adından   şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Hindistan əlaqələri zəngin ənənələrə malikdir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq əməkdaşlığımızın inkişafı yolunda səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq rifah arzulayıram.

Hörmətlə,

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 yanvar 2014-cü il

Azərbaycan.-2014.- 26 yanvar.- S.1.