«Geostrategiya» jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

Aylıq ictimai-siyasi, elmi-populyar "Geostrategiya" jurnalının 2013-cü il noyabr-dekabr nömrəsi çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Nəşrə başladığı qısa müddət ərzində "Geostrategiya" jurnalı geniş populyarlıq qazanmışdır. Buna səbəb jurnalın Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır. Nəşrin hər nömrəsində respublikamızın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, zəngin karbohidrogen ehtiyatlarının təhlilinə geniş yer verilir.

Jurnalın yenicə çapdan çıxan nömrəsində də bu məsələlər diqqətdə saxlanmışdır.

"Geostrategiya"nın yeni nömrəsi tarix elmləri doktoru, professor Əli Həsənovun "Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti" sərlövhəli məqaləsi ilə açılır.

"Geosiyasət" rubrikası altında dərc olunmuş bu sanballı məqalədə Cənubi Qafqazın zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturunaözünü tam təmin edən enerji sisteminə malik olan Azərbaycan Respublikasının təkcə milliregional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici bir amilə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regionalplanetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdə olduğu tam dolğunluğu ilə əksini tapmışdır.

Yazıda göstərilir ki, Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə-iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialında səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasigeoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərinin ayrı-ayrı müddəalar üzrə geniş təhlil olunduğu bu analitik yazıda qeyd edilir ki, Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır.

 Bundan başqa, oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın transmillidaxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-cü illərdə qəbul edilmiş bir sıra rəsmi dövlət sənədlərində də əks olunmuşdur.

Professor Əli Həsənov bildirir ki, Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsindən, milli energetika sektorunun inkişafından, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına tələbatının tam və davamlı təminatından, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regionalyerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsindən, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.

Daha sonra müəllif Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi daxili siyasətin əsas vəzifələrini qruplaşdıraraq belə nəticəyə gəlmişdir ki, ölkəmizin son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf respublikanın enerji ehtiyatlarına məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə, öz növbəsində, iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla  və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir.

Müəllif, ümumiyyətlə, konkret rəqəmlərin və faktların dili ilə dərin təhlilə, elmi araşdırmalara əsaslanan məqaləsində bu gün dünyanın əsas diqqətində olan Azərbaycanın yanacaq-energetika sisteminin hazırkı vəziyyəti, perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təminatında rolu məsələlərini hərtərəfli işıqlandırmağa nail olmuşdur.

Azərbaycanın energetika sektorunun perspektivlərini dərindən təhlil edən professor Əli Həsənov məqaləsini bu fikirlərlə bitirir: "2013-cü ilin dekabr ayında Bakıda dünyanın aparıcı neft-qaz şirkətləri və bir çox Avropa ölkələri ilə "Şahdəniz-2" layihəsi üzrə təbii qazın istehsalı, bölüşdürülməsi və ixracı üzrə yekun investisiya qərarının imzalanması isə XXI əsrdə nəinki təkcə Azərbaycanın, o cümlədən Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaqdır. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır".

Jurnalda, həmçinin fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun "İnsan və sivilizasiya (ikinci hissə) anqlosakson liberalizmi və qloballaşma", tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyevin "Sovet xalqının insanların yeni tarixi birliyi olması haqqında tezis və onun 1970-1980-ci illərdə sovet dövlətinin milli siyasətində yeri", əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Təhsilimiz dünya təhsil sistemində", AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Bəşir Mirzanezhadın "Şagirdlərin dəyər istiqamətlərinin sosial-psixoloji təhlili" sərlövhəli məqalələri də böyük maraq doğurur.

Bunlardan əlavə, jurnalda Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının müəllimi Ülviyyə Quliyevanın Azərbaycanın xarici siyasətinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq kontekstində təhlilinə, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı Ramin Vəlibəyovun kütləvi şüurun transformasiyası prosesində azərbaycançılıq ideologiyasının roluna, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Şöhrət Eyvazovun informasiya cəmiyyətinin formalaşmasında informasiya təhlükəsizliyinin yeri və roluna dair araşdırmaları dərc edilmişdir.

Jurnalın bu nömrəsində, eyni zamanda,  rusdilli auditoriyanın istəyi nəzərə alınaraq Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın "Mulğtikulturalizm i eqo praktiçeskaə realizaüiə na Kavkaze" (II) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, filologiya elmləri namizədi Xavər Əhmədovanın "Xudojestvenno-gstetiçeskoe znaçenie muqamnoqo iskusstva v Azerbaydjane" sərlövhəli yazılar da verilmişdir.

 

Azərbaycan.-2014.- 26 yanvar.- S.4.