«Məhkəmə və
hüquq-mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi
sığortası haqqında»
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹10, maddə 569; 2001, ¹12, maddə 736; 2005, ¹ 8, maddə 692; 2006, ¹11, maddə 928; 2007, ¹6, maddə 560; 2008, ¹8, maddə 695, ¹11, maddə 960; 2009, ¹12, maddə 966; 2013, ¹4, maddə 357) aşağıdakı dəyişiklik edilsin:
1. 6-cı maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.";
2.
7-ci maddənin birinci hissəsinin "a" və "b"
bəndlərinin birinci yarımbəndlərindən
müvafiq olaraq "notariat qaydasında təsdiq
olunmuş" və "notariat qaydasında təsdiq
edilmiş" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 26 yanvar.- S.1.