«İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında"
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 572;
2011, ¹ 12, maddə 1089; Azərbaycan Respublikasının
2013-cü il 29 oktyabr tarixli 805-IVQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər edilsin:
1.
7.1.6-cı maddəyə "şikayət" sözündən
əvvəl "sığorta nəzarəti orqanına və
məhkəməyə" sözləri əlavə edilsin;
2. 9.1.2-ci maddədə "qanunvericiliyə uyğun olaraq" sözləri "inzibati qaydada və" sözləri ilə əvəz edilsin;
3.
10.0.1-ci maddədə "qanunvericiliklə" sözü
"müvafiq icra hakimiyyəti orqanı tərəfindən"
sözləri ilə əvəz edilsin;
4.
11.4-cü maddədə "qanunvericiliklə" sözü
"Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
"İcbari sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanunu və bu qanunla" sözləri ilə
əvəz edilsin;
5. 11.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
"11.9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda sığorta müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilir.";
6. 16.1-ci maddədə "verilə bilər" sözləri "verilir" sözü ilə əvəz edilsin;
7. 17.3-cü maddədə "lazımi sənədləri" sözləri "arayışı sığortalıdan" sözləri ilə, "lazım olan" sözləri "müvafiq" sözü ilə əvəz edilsin;
8. 17.6-cı maddə çıxarılsın;
9. aşağıdakı məzmunda 18.12-ci maddə əlavə edilsin:
"18.12. Sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı bu qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin həyata keçirilməsi "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda mümkün olmadıqda İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilir.";
10. 21-ci maddə üzrə:
10.1. 21.1-ci maddədən "Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq" sözləri çıxarılsın;
10.2. 21.2-ci maddədən "qanunvericiliyə uyğun olaraq" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 26 yanvar.- S.3.