2005-ci il noyabrın
25-də Moskva şəhərində
imzalanmış «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan
dövlətlərin ərazisində
mütəşəkkil cinayətkarlıq və digər təhlükəli
cinayət növləri ilə mübarizənin
əlaqələndirilməsi
üzrə Büro haqqında Əsasnamə barədə Qərar»ın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar" (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən qərarın müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin qərarın
təsdiq edildiyi barədə Müstəqil Dövlətlər
Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 yanvar 2014-cü il
Azərbaycan.-2014.- 26 yanvar.- S.2.