"Malların preferensial və
qeyri-preferensial mənşəyinin müəyyən edilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 3 Bakı şəhəri,
14 yanvar 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.7-ci və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1188; 2010, ¹ 12, maddə 1122) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların
preferensial və qeyri-preferensial mənşəyinin müəyyən
edilməsi QAYDALARI
1.
Ümumi müddəa
1.1. Bu
Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
(bundan sonra - Gömrük Məcəlləsi) 222.5-ci və 223.4-cü maddələrinə,
habelə “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq
hazırlanmışdır və malların preferensial və
qeyri-preferensial mənşəyinin müəyyən edilməsi
qaydalarını müəyyən edir.
2.
Əsas anlayışlar
2.1. Bu
Qaydaların məqsədləri üçün istifadə
olunmuş anlayışlar aşağıdakı mənaları
ifadə edir:
2.1.1.
franko-zavod şərtilə qiymət - franko-zavod şərtlərinə
uyğun olaraq malın sonuncu emala məruz qaldığı
müəssisənin istehsalçısına ödənilməli
olan qiymət. Franko-zavod şərti
istehsalçı tərəfindən mal partiyasının
malın istehsal olunduğu yerdə və ya anbarda
alıcının sərəncamına verilməsidir (malın
istehsal olunduğu yerdən və ya anbardan təyinat yerinə
qədər daşınması və sığorta xərclərini
isə alıcı daşıyır).
2.1.2. malınkifayət qədər emal meyarı
- malın istehsalında iki və
daha çox ölkənin iştirak etdiyi halda, ona xarakterik
xüsusiyyətlərin verilməsi ilə sonuncu dəfə əhəmiyyətli
emala məruz qaldığı ölkəni malın mənşə
ölkəsi kimi müəyyən edən emal meyarı;
2.1.3. malın mənşə ölkəsi –
gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud
ticarətə aid digər tədbirlərin tətbiqi
üçün nəzərdə tutulmuş meyarlara uyğun
olaraq, malın tamamilə istehsal və ya kifayət qədər
emal edildiyi ölkə.
3.
Malların qeyri-preferensial mənşəyi
3.1.
Malların qeyri-preferensial mənşəyinin müəyyən
edilməsinin məqsədi onlar barəsində gömrük
tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən
tədbirləri və malların qeyri-preferensial mənşəyi
ilə bağlı qanunvericiliklə müəyyən
edilmiş digər tədbirləri tətbiq etməkdir.
3.2.
Tamamilə bir ölkədə və ya ərazidə istehsal
edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli
mallar hesab olunur.
3.3.
İstehsalında birdən çox ölkənin iştirak
etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli
dərəcədə dəyişikliyə məruz
qaldığı ölkə mənşəli mallar hesab
edilir.
4.
Malların preferensial mənşəyi
4.1. Gömrük Məcəlləsinin 218.2.4-cü və
218.2.5-ci maddələrində nəzərdə tutulmuş
preferensial tarif tədbirlərindən və ya qeyri-tarif
preferensial tədbirlərindən istifadə etmək
üçün malların preferensial mənşəyi bu
Qaydaların 10-cu hissəsinə uyğun olaraq təsdiq edilməlidir.
4.2. Azərbaycan Respublikasının müəyyən
ölkələrlə və ya beynəlxalq təşkilatlarla
bağladığı beynəlxalq müqavilələrdə
göstərilən preferensial tədbirlərin şamil
edildiyi mallar üzrə preferensial mənşə qaydaları
həmin müqavilələrdə öz əksini tapır.
4.3.
Gömrük orqanları Azərbaycan Respublikasının
xarici ölkələrə və ya beynəlxalq təşkilatın
üzv ölkələrinə birtərəfli qaydada qəbul
etdiyi preferensial tədbirlərin şamil olunduğu mallara
münasibətdə bu Qaydaların 5-ci–12-ci hissələrində
nəzərdə tutulan tələbləri tətbiq edirlər.
5.
Malların mənşəyinin yoxlanılması
5.1.
Gömrük orqanları malların gömrük bəyannaməsində
göstərilən mənşəyini təsdiq edən sənədin
təqdim olunmasını bəyannaməçidən tələb
etmək hüququna malikdir.
5.2.
Gömrük rəsmiləşdirilməsi zamanı
gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində
və digər sənədlərdə göstərilən məlumatların
malların mənşəyinə uyğunluğunun
yoxlanılması gömrük bəyannaməsinin təsdiq
edildiyi, sənədlərin və malların isə təqdim
edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq həyata
keçirilir.
5.3.
Malların mənşəyinin gömrük bəyannaməsində
göstərilən məlumatlara uyğunluğunu müəyyən
etmək məqsədi ilə onların fiziki
yoxlanılması üzrə gömrük orqanları tərəfindən
malların yoxlanılması həyata keçirilir.
5.4.
Gömrük orqanlarının vəzifəli şəxsləri
gömrük ərazisinə daxil olan və yabu ərazini tərk
edən, Gömrük Məcəlləsində nəzərdə
tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və
ya malların müvəqqəti saxlandığı ərazidə
olan şəxsləri Gömrük Məcəlləsinin
92.2.5-ci maddəsinə müvafiq olaraq malların mənşə
ölkəsi barədə sorğu-sual etmək hüququna
malikdirlər.
5.5.
Gömrük rəsmiləşdirilməsi üçün təqdim
olunan malların adlar və növlər üzrə
ayrı-ayrı qablaşdırılmaması gömrük
orqanlarına malların mənşəyi haqqında məlumatın
düzgünlüyünün yoxlanılmasına imkan vermirsə,
bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan
müddət mallar barəsində səlahiyyəti olan şəxslər
və ya onların nümayəndələri tərəfindən
malların adlar və növlər üzrə ayrılması
üçün tələb olunan müddətədək
gömrük orqanının qərarı ilə
uzadılır. Bu müddət 7 (yeddi) gündən
çox olmamalıdır.
5.6.
Yoxlamanın nəticələri malların yerləşdirildiyi
müvafiq gömrük prosedurunun tətbiqi üçün
istifadə edilir.
6. Müəyyən
ölkədə tam istehsal olunmuş mallar
6.1. Hər
hansı ölkədə tam istehsal olunmuş mallar
aşağıdakılar hesab edilir:
6.1.1. həmin ölkəyə aid olan yerin təkindən,
onun dəniz ərazisindən (ölkənin digər su
hövzələrindən) və ya onun dibindən, yaxud həmin
ölkə ərazisindəki atmosfer havasından hasil
edilmiş təbii ehtiyatlar (faydalı qazıntılar və
mineral məhsullar, su, torpaq və hava resursları);
6.1.2. həmin ölkədə becərilmiş və
ya yığılmış bitki mənşəli məhsullar
(bütün bitki mənşəli məhsullar, həmçinin
meyvələr, tərəvəzlər, ağaclar, dəniz
bitkiləri, göbələklər);
6.1.3. həmin ölkədə doğulmuş və
bəslənilmiş heyvanlar (bütün diri heyvanlar, həmçinin
məməlilər, quşlar, xərçəngkimilər,
sürünənlər, bakteriyalar və viruslar);
6.1.4. həmin ölkədə bəslənilmiş
heyvanlardan əldə olunan məhsullar (sonrakı emala məruz
qalmayan diri heyvanlardan alınan məhsullar, həmçinin
süd, yumurta, arı balı, tük, yun, toxum və üzvi
gübrələr);
6.1.5. həmin ölkədə əldə olunan
ovçuluq, balıqçılıq və dəniz vətəgəsi
məhsulları;
6.1.6. həmin ölkənin gəmiləri və ya
onun icarəyə (fraxta) götürdüyü gəmilər
vasitəsilə əldə olunan dəniz məhsulları;
6.1.7. bu Qaydaların 6.1.6-cı yarımbəndində
göstərilən məhsullardan həmin ölkənin emal gəmilərinin bortunda əldə
olunan məhsullar;
6.1.8. dəniz dibinin və ya dəniz təkinin
istismarına həmin ölkənin müstəsna hüquqa
malik olması şərtilə, həmin ölkənin ərazi
dənizi hüdudlarından kənarda dənizin dibindən və
dənizin təkindən əldə olunan məhsullar;
6.1.9. həmin ölkəyə məxsus və ya onun
tərəfindən icarəyə götürülmüş
kosmik gəmilər vasitəsilə açıq kosmosda
alınmış yüksək texnologiya məhsulları;
6.1.10. istehsalat və ya təkrar emal üzrə digər
əməliyyatlar nəticəsində əldə olunan
tullantılar və qırıntılar (təkrar xammal), həmçinin
həmin ölkədə yığılmış, istifadə
olunmuş və yalnız xammala təkrar emal edilmək
üçün yararlı hesab edilən məmulatlar (sənaye,
kimya, emal, kənd təsərrüfatı emalı, tikinti
işləri);
6.1.11. bu Qaydaların 6.1.1-ci-6.1.10-cu yarımbəndlərində
göstərilən məhsullardan istehsal olunan mallar.
7. Kifayət
qədər emal meyarı
7.1.
İstehsalında iki və daha çox ölkə iştirak
etdiyi halda, malın mənşə ölkəsi kifayət qədər
emal meyarı əsasında müəyyən olunur.
7.2. Kifayət
qədər emal meyarı aşağıdakı şərtlərin
yerinə yetirilməsi ilə ifadə olunur:
7.2.1. həmin ölkə ərazisində emal nəticəsində
malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
(bundan sonra - XİFMN) üzrə mövqeyində ilk dörd rəqəmdən
ən azı birinin səviyyəsində mal mövqeyinin
(malın təsnifat kodunun) dəyişməsi;
7.2.2. həmin ölkə ərazisində kifayət
qədər istehsal əməliyyatlarının və ya
texnoloji əməliyyatların yerinə yetirilməsi nəticəsində
tamamilə və ya qismən dəyişdirilməklə,
XİFMN üzrə yeni mal koduna məxsus malın
yaradılması;
7.2.3. xarici mənşəli materialların dəyəri
son məhsulun qiymətində müəyyən edilmiş faiz
payına bərabər olduğu halda bu Qaydaların 7.3-cü
bəndinə uyğun olaraq advalor pay qaydasının tətbiq
olunması.
7.3.
Advalor pay qaydası tətbiq olunduğu
hallarda qiymətlər aşağıdakı kimi
hesablanır:
7.3.1. xarici mənşəli materiallar
üçün - məhsul istehsalını həyata
keçirən ölkəyə materiallar idxal edildikdə,
onların gömrük dəyəri və ya mənşəyi
barədə məlumat olmadıqda, məhsul istehsalını
həyata keçirən ölkə ərazisində bu
materialların sənədlə təsdiq edilmiş ilk
satış qiymətinə əsasən;
7.3.2. son məhsul üçün - franko-zavod şərtilə
qiymətə əsasən.
8. Kifayət
qədər emal meyarına cavab verməyən əməliyyatlar
8.1.
Malın kifayət qədər emalı meyarına cavab verməyən
əməliyyatlar aşağıdakılardır:
8.1.1. adi işləmə formalarına məruz
qalmaqla malların qorunması, xarici
görünüşünün və keyfiyyətinin
yaxşılaşdırılması, satış və
daşınma üçün hazırlanması (mal
partiyasının bölünməsi, malların göndərilməsi
üçün formalaşdırılması, çeşidlənməsi
və yenidən qablaşdırılması);
8.1.2. malların sökülməsi,
yığılması, süzülməsi, bankalara, flakonlara,
torbalara, yeşiklərə, qutulara çəkilib-qablaşdırılması
və qablaşdırmaya dair digər sadə əməliyyatların
yerinə yetirilməsi;
8.1.3. boyama və ya pardaqlama üzrə əməliyyatların
yerinə yetirilməsi;
8.1.4. dənli bitkilərin və düyünün
qabıqdan çıxarılması, qismən və ya tam
ağardılması, cilalanması və pardaqlanması;
8.1.5. şəkərin boyanması və ya tikə qəndin
formalaşdırılması üzrə əməliyyatların
yerinə yetirilməsi;
8.1.6. meyvələrin, tərəvəzlərin və
qoz-fındıqların qabıqdan təmizlənməsi,
toxumlarının çıxarılması və
doğranılması;
8.1.7. əldə olunan komponentlərin ilkin maldan əhəmiyyətli
dərəcədə fərqlənməsinə səbəb
olmayan itilənməsi, üyüdülməsi, kəsilməsi,
komponentlərə bölünməsi;
8.1.8. malların ələkdən və ya xəlbirdən
keçirilməsi, çeşidlənməsi, seçilməsi,
ayrılması (o cümlədən, məmulatların dəstinin
tərtib edilməsi);
8.1.9. heyvanların kəsilməsi və ətinin
doğranılması (çeşidlənməsi);
8.1.10. bu Qaydaların 8.1.1-ci-8.1.9-cu yarımbəndlərində
qeyd olunan iki və ya daha çox əməliyyatın
kombinasiyasının həyata keçirilməsi.
9.
Malın mənşəyi ilə bağlı xüsusi hallar
9.1. Məhsul
dəstlərinin mənşəyinin müəyyən edilməsi
zamanı dəstin tərkibinə daxil edilmiş hər bir
ayrı-ayrı elementə kifayət qədər emal
meyarının tətbiqi obyekti kimi baxılır.
9.2.
XİFMN-ə müvafiq olaraq, bir neçə maldan və ya
hissələrdən yığılmış vahid mal kimi təsnif
edilən məhsula kifayət qədər emal meyarının
tətbiq edildiyi vahid mal kimi baxılır.
9.3. Mal
partiyası XİFMN-in mal mövqeyində eyni təsnifata aid
edilmiş məhsullardan ibarətdirsə, bu zaman hər bir məhsula
kifayət qədər emal meyarının tətbiq edilməsi
məqsədi ilə ayrı-ayrılıqda baxılır.
9.4.
Qablaşdırma içində olan məhsullarla birlikdə təsnif
edilirsə, onda malın mənşəyinin müəyyən
edilməsi zamanı qablaşdırmaya həmin malın tərkib
hissəsi kimi baxılır.
9.5.
Malların mənşə ölkəsinin müəyyən
olunması zamanı aşağıdakı hallarda
sökülmüş və ya yığılmamış
şəkildə olan mallara bəyannaməçinin istəyinə
əsasən vahid mal kimi baxılır:
9.5.1. istehsalat və ya daşınma şərtlərinə
əsasən malların bir partiyada yüklənməsi
mümkün olmadıqda, onlar bir neçə partiyalarla
göndərildikdə;
9.5.2. mal partiyası yanlış ünvanlanma və
ya səhv nəticəsində bir neçə partiyalara
bölündükdə.
9.6. Bu
Qaydaların 9.5-ci bəndində qeyd edilən hallar
aşağıdakı şərtlər daxilində tətbiq
edilir:
9.6.1. bütün mal partiyaları eyni ölkədən
bir ixracatçı tərəfindən göndərildikdə;
9.6.2. bütün mal partiyaları eyni gömrük
orqanı tərəfindən rəsmiləşdirildikdə;
9.6.3. bütün mal partiyaları gömrük bəyannaməsinin
təsdiq edildiyi vaxtdan 6 (altı) aydan çox olmayan müddətdə
idxal edildikdə;
9.6.4. mal partiyası yanlış ünvanlanma və
ya səhv nəticəsində bir neçə partiyalara
bölünmüşdürsə, bu halı təsdiq edən
sənəd təqdim edildikdə (bölünmənin səbəbi,
XİFMN-ə əsasən malların kodu qeyd olunmaqla, hər
bir partiyanın ətraflı təsviri, hər partiyaya daxil
edilmiş malların qiyməti və mənşə ölkəsi).
9.7.
Malların mənşə ölkəsinin müəyyən
edilməsi zamanı onun istehsalında istifadə olunan istilik və
elektrik enerjisinin, maşınların, avadanlıqların və
alətlərin, həmçinin son məhsulun tərkibinə
daxil olmayan və daxil edilmək üçün nəzərdə
tutulmayan məhsulların mənşəyi nəzərə
alınmır.
9.8.
Maşınlarda, avadanlıqlarda, cihazlarda və ya nəqliyyat
vasitələrində istifadə olunmaq üçün nəzərdə
tutulan qurğular, ehtiyat hissələri və alətlər
qeyd olunan
maşınlar, avadanlıqlar, cihazlar və ya nəqliyyat
vasitələri ilə bir komplektdə və həmin
qurğularla eyni sayda idxal edilirsə, onların mənşə
ölkələri həmin avadanlıqların və nəqliyyat
vasitələrinin mənşəyi ilə eyni hesab olunur.
9.9.
Gömrük ərazisinə idxal olunan malın üzərində
olan qablaşdırmanın mənşə ölkəsi
malın məxsus olduğu mənşə ölkəsi ilə
eyni hesab edilir. Qablaşdırma maldan ayrı
gömrük rəsmiləşdirilməsindən
keçirildiyi halda, qablaşdırmanın mənşə
ölkəsi ayrıca müəyyən olunur. Qablaşdırma gömrük ərazisində malla
eyni mənşə ölkəsinə malik hesab edildikdə,
malın mənşəyinin müəyyən edilməsi
üçün yalnız pərakəndə ticarətdə
satılan malın qablaşdırılması nəzərə
alınır.
10.
Malın mənşə ölkəsini təsdiq edən
sertifikat
10.1.
Gömrük orqanları aşağıdakı hallarda
malların gömrük bəyannaməsində göstərilən
mənşə ölkəsini təsdiq edən sertifikatın
(bundan sonra – sertifikat) təqdim olunmasını bəyannaməçidən
tələb etməlidir:
10.1.1. mənşəyi gömrük tarifinə
görə Azərbaycan Respublikasının imtiyaz verdiyi
ölkələrdən olan mallar olduqda;
10.1.2. müəyyən ölkədən gətirilməsi
kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya
xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən
mallar olduqda;
10.1.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda.
10.2.
Gömrük orqanları sertifikatla əlaqədar
aşağıdakıları yoxlayırlar:
10.2.1. müvafiq ölkələrin mənşə
sertifikatlarının blank nümunələrinin gömrük
orqanlarında olan nümunələrlə eyniliyini;
10.2.2. sertifikatları təsdiq etmək hüququna
malik olan şəxslərin imza nümunələrini;
10.2.3. səlahiyyətli orqanların möhürlərinin
əksini;
10.2.4. səlahiyyətli orqanların adları və
ünvanları barədə məlumatları.
10.3.
Sertifikatın və ya onda qeyd olunan məlumatların
düzgünlüyünə əsaslı şübhə
yarandıqda, gömrük orqanları sertifikatı vermiş səlahiyyətli
orqanlara və ya malın mənşə ölkəsi kimi
göstərilmiş ölkənin digər səlahiyyətli
orqanlarına əlavə və dəqiqləşdirici məlumatların
verilməsi barədə müraciət edir.
10.4.
Sertifikat itdiyi halda, onun rəsmi qaydada təsdiq olunmuş yeni
sertifikat blankında dublikatı təqdim edilir.
10.5.
Malın mənşəyi haqqında lazımi təsdiqedici və
ya tələb olunan məlumatlar təqdim edilməyənədək,
göstərilən ölkə malın mənşə
ölkəsi hesab edilmir.
10.6.
Sertifikat bir mal partiyası üçün qüvvədədir.
Sertifikatın qüvvədə olma müddəti
onun verildiyi gündən etibarən 1 (bir) ildir.
11.
Sertifikatın tanınmaması üçün əsaslar
11.1.
Gömrük orqanları tərəfindən
aşağıdakı hallarda sertifikat tanınmır:
11.1.1. təqdim edilən sənəddə pozmalar,
qaralamalar, təsdiq edilməmiş düzəlişlər
mövcud olduqda və ya imzalar, yaxud möhürlər
olmadıqda;
11.1.2. sertifikatdakı möhürlərin və ya
şəxslərin imzalarının əksi, sertifikatı təsdiq
etmək və vermək səlahiyyətinə malik
orqanların ünvanları gömrük orqanlarında olan məlumatlarla
uyğun olmadıqda;
11.1.3. sertifikatdakı məlumatlar bəyan edilənlərə
uyğun olmadıqda və ya malın eyniləşdirilməsini
həyata keçirməyə imkan vermədikdə;
11.1.4. sertifikatın blankı gömrük
orqanlarında olan blank nümunələri ilə uyğun gəlmədikdə;
11.1.5. sertifikatda sertifikatı təqdimetmə səlahiyyətinə
malik olan şəxslərin imzaları faksimil formada yerinə
yetirildikdə;
11.1.6. sorğulanan sertifikatın həqiqiliyi barədə
gömrük orqanlarına ixrac ölkəsinin və ya
malların mənşə ölkəsinin səlahiyyətli
orqanlarından 6 (altı) ay müddətində (ilkin sorğu
tarixindən etibarən 3 (üç) ay və təkrar
sorğu tarixindən etibarən 3 (üç) ay) cavab gəlmədikdə.
12. Yekun
müddəalar
12.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən, malları Azərbaycan
Respubli-kasının ərazisinə buraxılmayan ölkəyə
mənsub mallar olmasını təsdiq edən kifayət qədər
əsaslar olduqda, gömrük orqanı həmin malların
buraxılmasından imtina etməlidir.
12.2. Tələb
olunan qaydada rəsmiləşdirilməmiş sertifikatın və
ya malın mənşəyi haqqında məlumatın təqdim
edilməməsi malın gömrük sərhədindən
buraxılmasından imtina edilməsi üçün əsas ola bilməz.
12.3. Mənşəyi
dəqiq müəyyən edilməmiş mallar Gömrük Məcəlləsinin
222.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər
tətbiq edilməklə gömrük sərhədindən
buraxılır.
12.4.
Malların mənşəyindən asılı olmayaraq,
gömrük rəsmiləş-dirilməsi eyni qaydada həyata
keçirilir.
12.5. Gömrük Məcəlləsinin 214-cü və
215-ci maddələrində nəzərdə tutulan hallar
istisna olmaqla, bəyannaməçi malları mənşə
ölkəsindən asılı olmayaraq, istənilən
gömrük proseduru altında yerləşdirə bilər.
12.6. Şəxs konkret mallar və əməliyyatlarla
əlaqədar malların mənşə ölkəsini əvvəlcədən
müəyyənləşdirmək məqsədi ilə
gömrük orqanına yazılı formada müraciət edə
bilər. Gömrük orqanları həmin
müraciət əsasında bu mallar və əməliyyatlarla
əlaqədar malların mənşə ölkəsinin
müəyyən edilməsi baxımından Gömrük Məcəlləsinin
50-ci maddəsinə uyğun olaraq məcburi olan qərarlar qəbul
edirlər.
Azərbaycan.-2014.- 26 yanvar.- S.3.