"Doktoranturaların yaradılması və
doktoranturaya qəbul
Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli
129 nömrəli qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 6 Bakı şəhəri,
14 yanvar 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹7, maddə 695; 2013, ¹10, maddə 1228) ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.5-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "ali təhsil müəssisələri və elmi təşkilatlar" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 26 yanvar.- S.3.