ABŞ Azərbaycanlılar Şəbəkəsi bəyanat yaydı

 

ABŞ Azərbaycanlılar Şəbəkəsi ATƏT-in Minsk qrupunun himayəsi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə görüşü ərəfəsində Ermənistanın təhrikçi hərəkətləri və erməni lobbi qruplarının danışıqlar prosesini pozmağa yönəlmiş kampaniyası barədə bəyanat yaymışdır.

 

Bəyanatda deyilir ki, yanvarın 23-də Azərbaycan ordusunun kapitanı Elnur Cəfərov Ermənistanın işğalçı qüvvələrinin snayper gülləsi ilə öldürülmüşdür. Elə həmin gün erməni snayperi Azərbaycanın dinc vətəndaşı Ruqiyyə Hüseynovanı yaralamışdır.

 

Ermənistan strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda sabitliyi pozan güclü mənbəyə çevrilmişdir. O regionun sabitfiravan gələcəyi üçün təhlükə mənbəyidir. Ermənistan hökuməti ABŞ tərəfindən amerikalı vergi ödəyicilərinin vəsaitləri hesabına ayrılan pullardan təyinatı üzrə istifadə etmir.

 

ABŞ Azərbaycanlılar Şəbəkəsi bəyanatın sonunda Obama administrasiyasını və Konqresin üzvlərini ABŞ-ın milli mənafelərinə uyğun olaraq qətiyyətli tədbirlər görməyə və Ermənistanın əsassız, Qərbə zidd siyasətini maliyyələşdirməyi dayandırmağa çağırır.

 

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbir

Vaşinqton

Azərbaycan.-2014.- 26 yanvar.- S.7.