Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən «Cənubi Qafqaz və Mərkəzi Asiya:

 qlobal iqtisadiyyata yol» mövzusunda qəbulda iştirak etmişdir

 

Yanvarın 23-də Davosda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.

Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus ŞVAB dedi:

- Cənab Prezident İlham Əliyev!

Komissar Ottinger!

Xanımlar cənablar!

Bu gün Cənubi Qafqaz Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ davam edir avqust ayında  biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik.  Yekun təqdimat bu ilin sonunda ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam fəal müzakirə arzu edirəm.

Qəbulda çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Sağ olun. Əvvəlcə Cənubi Qafqaz Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığımı bildirirəm. Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu  müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi.  Həqiqətən, regionumuz dinamik inkişaf edir burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır.

Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara Aralıq  dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan "XXI əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək marağa əsaslanan geniş səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.

Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni "İpək Yolu"dur ümid  edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.

Təbii ki, siyasət sahəsi mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.

Siyasi iqtisadi transformasiya sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa  zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür.

Azərbaycana gəldikdə, biz  bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft  sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir.

Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan  kapitalına infrastruktura yenidən sərmayələrin qoyulması biznes  imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub.

Bir daha regionumuza göstərilən maraq dəstəyə görə  professor Şvaba Davos İqtisadi Forumuna təşəkkürümü  bildirirəm. Bu, mənim Davosa səkkizinci səfərimdir bu, Azərbaycanın təbliği təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib.

Bir daha Sizə təşəkkür edirəm bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına  ümidvaram.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 25 yanvar.- S.1.