Azərbaycan Prezidenti İlham Əliyev «Microsoft
International» şirkətinin
prezidenti
Jan Filip Kurtua ilə görüşmüşdür
Yanvarın 23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Davosda
"Microsoft International" şirkətinin
prezidenti Jan Filip Kurtua ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə
"Microsoft International" şirkəti
arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi bildirildi. Şirkətin ölkəmizdəki fəaliyyətindən,
müxtəlif sahələrdə
həyata keçirdiyi
layihələrdən məmnunluq
ifadə olundu.
Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması
sahəsində görülən
işlər yüksək
qiymətləndirildi. Həmçinin
"Microsoft"un proqram təminatının
müəllif hüququnun
qorunması sahəsində
Azərbaycan hökumətinin
rolu xüsusi vurğulandı.
AzərTAc
Azərbaycan.-2014.- 25 yanvar.- S.1.