Azərbaycan Prezidenti İlham Əliyev Fransanın xarici
işlər naziri Loran
Fabius ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür.
Loran Fabius Fransa Prezidenti Fransua Ollandın salamlarını
Prezident İlham Əliyevə çatdırdı.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin
yüksək səviyyədə
olduğu vurğulandı. Fransa şirkətlərinin
Azərbaycanda uğurla
fəaliyyət göstərdiyi
bildirildi, qarşılıqlı
sərmayələrin əhəmiyyətindən
danışıldı. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında
münasibətlərin inkişafına
mühüm töhfə
verdiyi bildirildi.
Əlaqələrimizin genişləndirilməsi üçün
yaxşı perspektivlərin
olduğu qeyd edilən görüşdə
mədəniyyət sahəsində
yüksək səviyyədə
əməkdaşlığın aparıldığı vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Fransua
Ollandın salamlarına
görə təşəkkürünü
bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2014.- 25 yanvar.- S.1.