Fransanın «City» jurnalı Azərbaycanın turizm potensialından yazır
Fransanın "City" jurnalının 36-cı nömrəsində
"Odlar yurdu - Azərbaycan" sərlövhəli
məqalə dərc olunmuşdur. Məqalədə Azərbaycanın turizm potensialından bəhs edilir.
Bildirilmişdir ki, Qərb ilə
Şərqin arasında
əlverişli coğrafi
məkanda yerləşən
Azərbaycan şimalda
başı qarlı dağlardan tutmuş cənubda quru səhralara qədər rəngarəng landşafta
malikdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda turistlərə bütün
növ xidmət göstərilir. Turistlərin bu ölkədəki
qış istirahət
komplekslərində xizək,
yayda isə dənizdə su motosiklet sürmək imkanları vardır.
Azərbaycana gələn hər
kəsin qədim mədəniyyətə malik
bu ölkənin gözəlliklərinə valeh
olacağına və
onun mətbəxindən
həzz alacağına
əminlik bildirilən
məqalədə paytaxt
Bakıda fəaliyyət
göstərən "Four Seasons",
"Jumeirah Bilgah
Beach" və digər
beşulduzlu brend hotellər haqqında məlumat verilir.
Müəllif xarici turistləri Azərbaycana səfərə
dəvət edir.
Yazıda
2012-ci ildə Avropa İttifaqının "Avropa
Qonşuluq Barometri"
çərçivəsində keçirilmiş sorğuya
əsasən, Azərbaycanda
əhalinin 90 faizindən
çoxunun öz hökumətinə inandığı
və ölkənin inkişafından məmnunluğu
vurğulanır.
Xatırladaq ki, Fransanın
"City" jurnalının 35-ci nömrəsində də
Azərbaycanın tarixindən,
mədəniyyətindən, iqtisadi inkişafından, turizm potensialından bəhs edən məqalə yer almışdı.
İldə dörd dəfə çap edilən
"City" jurnalında turizm
potensialına malik ölkələr və şəhərlər haqqında
məqalələr dərc
olunur.
AzərTAc
Azərbaycan.-2014.- 25 yanvar.- S.3.