İstehsalçı və istehlakçının maraqlarına xidmət edən sənəd

 

Prezidentin kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı

 imzaladığı 16 yanvar tarixli sərəncam bu sahədə mövcud olan problemlərin həllində mühüm rol oynayacaq

 

 

Məlum olduğu kimi, dövlət başçısı yanvarın 16-da "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" çox vacib bir sərəncam imzalamışdır. Sərəncam ölkənin aqrar sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təminatı ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olan mühüm bir mərhələni əhatə edir. Sərəncamın priambulasında vurğulandığı kimi, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdirbu sahə üzrə artıq neçə illərdir ardıcıl tədbirlər görülür.

Bu baxımdan təkcə kənd təsərrüfatı məhsulları istehsalçılarının çox cüzi torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilməsini, əkin sahələrinin əkilib-becərilməsində istifadə olunan yanacaqmotor yağları üçün, eləcə də buğda və çəltik istehsalçılarına hər hektara görə subsidiyaların verilməsini, fermeraqrar sektorda çalışan digər sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara ilə təmin olunmalarını və s. göstərmək kifayətdir. Həmin tədbirlərin əhəmiyyətini ortaya qoyan digər mühüm amil isə ölkəmizdə son illər kənd təsərrüfatı məhsulları istehsalının artmasıdır. Nəticədə bu gün Azərbaycan əksər kənd təsərrüfatı məhsulları ilə özünü təmin edərək idxalı xeyli azaltmışdır. Təsadüfi deyil ki, ölkəmizin ixracatında indi kənd təsərrüfatı və ərzaq məhsullarının payı neft-qazdan sonra sanballı çəkiyə malikdir. Bu gün Azərbaycan torpağının məhsullarının sorağı yaxın-uzaq ölkələrdən eşidilir. İndi Azərbaycan bazarında fəsil məhsulları demək olar yoxdur, ilin bütün aylarında bütün fəsillərin meyvə və tərəvəzini almaq mümkündür ki, onların da əksəriyyəti öz məhsullarımızdır. Çünki bütün bölgələrdə soyuducu anbarlar tikilmişdirbu səbəbdən istehsalçılar məhsullarının xarab olmaması üçün dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmırlar.

Amma hətta bunlar da o demək deyil ki, ölkənin kənd təsərrüfatı məhsulları və ərzaq bazarında problemlər yoxdur. Obyektivsubyektiv səbəblərdən doğan problemlər varPrezidentin adıçəkilən sərəncamı da məhz həmin problemlərin aradan qaldırılmasına yönələn növbəti addımdır. Sərəncamda dövlət başçısı kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətini təkmilləşdirmək üçün əlaqədar mərkəzi və yerli qurumların (Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Nəqliyyat nazirliklərinin, Dövlət Statistika Komitəsinin və yerli icra orqanlarının) qarşısında konkret vəzifələr qoymuş və onların konkret icra müddətlərini müəyyən etmişdir.

Bu vəzifələrdən ən mühümü mövcud problemlərin həllində lokomotiv rolunu oynayacaq ölkənin aqrar-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasıdır. Baxmayaraq ki, dövlətin aqrar-sənaye kompleksindən gözləntiləri (kənd təsərrüfatı məhsulları istehsalını və ixracını artırmaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və s.) məlumdur, yeni şəraitin bu sahəyə yeni yanaşmanı tələb etməsi də faktdır. İndi ölkə iqtisadiyyatının bütün sahələri kimi, aqrar sektor və ərzaq məhsulları bazarı da yeni mərhələyə qədəm qoyur. Əgər 10-15 il əvvəl sözügedən sahə üzrə qarşıya qoyulan vəzifələr onun dirçəldilməsi və inkişaf yoluna çıxarılması idisə, indi məqsəd bugünkü dünyanın əsas problemlərindən olan ərzaq təhlükəsizliyinin başlıca təminatçısına çevrilməkdir. Elə Prezidentin sərəncamında Kənd Təsərrüfatı Nazirliyinə "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişaf strategiyası"nın layihəsini və kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlamasına aid tapşırığı da həmin məqsədin zəruriliyindən irəli gəlir. Bunlardan əlavə, sənəddə adıçəkilən nazirliyə digər (nazirliyin strukturunun təkmilləşdirilməsi, o cümlədən onun yerli bölmələrinin təşkili, Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması, istehsalçıların topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də müasir tələblərə cavab verən ət kəsimi və satışı mərkəzlərinin yaradılması, baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınması və nəhayət, fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlərin görülməsi) tapşırıqlar da verilmişdir ki, onların da hər biri ayrılıqda mühüm əhəmiyyət kəsb edir.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçısını narahat edən digər problemlərin həlli İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunmuşdur. Heç kimə sirr deyil ki, bu gün sıravi vətəndaş üçün ölkədən kənd təsərrüfatı məhsullarını ixrac etmək və ya satmaq üçün qonşu dövlətlərə aparmaq elə də asanucuz başa gələn proses deyil. Baxmayaraq ki, mövcud qanunvericilikdə bununla bağlı maneəyə çevrilə biləcək elə bir yasaq və məhdudiyyət yoxdur. Lakin gömrük-keçid məntəqələrində süni maneələr istənilən qədərdir. Hətta o qədər ki, bəzən istehsalçı və ya alış-verişlə məşğul olan adamı elə sərhəd keçid məntəqəsindəcə məhsulundan imtina etmək məcburiyyətində qalır. Məhz bunabaşqa səbəblərə görə sərəncamda İqtisadiyyat və Sənaye Nazirliyinə Dövlət Gömrük Komitəsi ilə birlikdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılmasına və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini bir ay müddətinə hazırlayaraq Prezidentə təqdim etmək tapşırığının verilməsi sözügedən sənədin ən diqqətçəkən məqamlarından biri kimi qəbul olunmalıdır.

Sərəncamda digər mühüm məqamlar da az deyil. Onlardan biri paytaxtda və ölkənin digər iri şəhərlərində "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkələrinin yaradılması ilə əlaqədar adıçəkilən nazirliyə və yerli icra orqanlarına göstərişin verilməsidir. Biz bu nümunənin səmərəliyini İsmayıllı rayonunun İvanovka kəndinin Bakının mərkəzindəki mağazasında görmüşdük. Sonralar Nikitin adına kolxozun əlindən alınan həmin mağazada nələr satılmırdı. Hamısı da təbii, təzə. Bu baxımdan şəhərlərimizdə belə mağazaların açılması hamının ürəyindən xəbər verən qərardır. Digər tərəfdən "fermer mağazaları" və "yaşıl marketlər" istehsalçılar üçün də əlverişli ticarət formasıdır. Onlar məhsullarını alıcılara birbaşa təqdim etmək və bununla da məhsullarının qiymətlərinin süni artımının qarşısını ala biləcəklər ki, bu da bahalaşma kimi sosial-iqtisadi məsələlərin həllinə yönələn addımdır.

Sərəncamda bu məsələnin həllinə istiqamətlənən başqa addım kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması ilə bağlı Daxili İşlər və Nəqliyyat nazirliklərinə müvafiq tədbirlər görmələri barədə tapşırığın verilməsidir. Qeyd edək ki, sərəncama belə bir bəndin salınması təsadüfi deyil. Xüsusən, Tarif Şurası tərəfindən ölkə daxilində avtomobil yanacağının qiymətinin qaldırılandan sonra ərzaq bazarında müşahidə olunan bahalaşmanı məhsulların daşınma xərcinin artması ilə yerli-yersiz izah edənlərin tapıldığı indiki vaxtda bu sahəyə hökumətin nəzarətinin gücləndirilməsi təqdirəlayiq haldır. Bundan əlavə, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması zamanı yollarda elə həmin adıçəkilən nazirliklərin müvafiq qurumlarının əməkdaşları tərəfindən bəzən qanunazidd əməllərə yol verilməsinin qarşısını almaq baxımından sərəncam mühüm əhəmiyyət kəsb edir.

Bütövlükdə sərəncamın əhəmiyyətini artıran digər mühüm bənd isə kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirlərin və antiinhisar nəzarətinin gücləndirilməsinin vacibliyinin vurğulanması və bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə konkret tapşırığın verilməsidir. Qeyd etdiyimiz başqa maddələr kimi bu müddəanın da sərəncama salınması səbəbsiz deyil. Heç kim iddia edə bilməz ki, bu gün ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları bazarında inhisarçılıq meyilləri yoxdur. Qiymətlərə ötəri nəzər salmaq kifayətdir ki, həmin meyilləri müşahidə edəsən. Sözügedən maddədə də məhz bundan söhbət gedir və sahəyə cavabdeh müvafiq nazirlikdən görülən işlər barədə ildə bir dəfə hesabat tələb olunur. Deməli, məsələ kifayət qədər ciddidiro, ən yüksək səviyyədə nəzarətə götürülür.

Ümumiyyətlə, Prezidentin 16 yanvar 2014-cü il tarixli sərəncamı adından da göründüyü kimi, ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları bazarındakı mövcud problemlərin həllində mühüm rol oynayacaq. Sənəd həm də Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı üçün qarşıya qoyulmuş vəzifələrin icrasında vacib əhəmiyyət kəsb edəcək. Sərəncamda müəyyən edilən məqsədlər, onların icrasının tapşırıldığı qurumların və müddətlərinin konkretliyi belə qənaətə gəlməyə tam əsas verir.

 

 

 

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2014.- 25 yanvar.- S.4.