«ADA» Universiteti ilə
«Azərenerji» ASC arasında əməkdaşlıq memorandumu imzalanmışdır
Yanvarın 24-də "ADA" Universiteti ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə memorandum imzalanmışdır.
"ADA" Universitetindən bildirmişlər ki, memoranduma əsasən, tərəflər yüksək səviyyəli və müasir tələblərə cavab verən kadrların - insan resurslarının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, "ADA" Universitetinin nəzdində informasiya texnologiyaları və mühəndislik fakültəsinin yaradılması ilə bağlı zəruri texniki-iqtisadi əsaslandırma və araşdırma işlərinin aparılması, informasiya texnologiyaları və mühəndislik sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq standartlara cavab verən qabaqcıl ali təhsil prosesinin təşkilinin dəstəklənməsi kimi məsələlər də memorandumda əksini tapmışdır.
Bundan
əlavə, "ADA" Universiteti və "Azərenerji"
ASC əsas məqsədi Asiya
qitəsində yerləşən və energetika sahəsində
əlverişli biznes şəraitinə malik Yaponiya,
Banqladeş, Vyetnam və Monqolustan kimi ölkələrdə
investisiya imkanlarının araşdırılması olan tədqiqat
layihələrinin həyata keçirilməsi sahəsində
əməkdaşlıqla bağlı razılığa gəlmişlər.
AzərTAc
Azərbaycan.-2014.- 25 yanvar.- S.5.