Honduras Respublikasının
Prezidenti zati-aliləri
cənab Xuan Orlando Ernandes Alvaradoya
Hörmətli cənab Prezident!
Honduras Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi,
dostluq və əməkdaşlıq münasibətlərimizin
inkişafı yolunda bundan sonra da
birgə səylər
göstərəcəyik.
Andiçmə mərasiminə dəvətinizə
görə təşəkkür
edir, Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı
fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 yanvar 2014-cü il
Azərbaycan.-2014.- 28 yanvar.- S.1.