«Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli
267-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin verilməsi
qaydası haqqında Əsasnamə»də dəyişiklik
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 476)
2-ci maddəsində "2014-cü il yanvarın 1-dən"
sözləri "2015-ci il dekabrın 1-dən" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 28 yanvar.- S.2.