Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının

onların struktur elementlərinin ləğv edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 8               Bakı şəhəri, 15 yanvar 2014-cü il

 

 

 

 

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

 

1.1. "Azərbaycan Respublikası Dövlət feldyeger xidməti haqqında Əsasnamənin təsdiqi haqqında" 1992-ci il 30 aprel tarixli 238 nömrəli qərarı;

 

1.2. "Azərbaycan Respublikası "Radionaviqasiya" Şurasının yaradılması haqqında" 1994-cü il 4 iyul tarixli 255 nömrəli qərarı.

 

2. "Xəzər Dəniz Gəmiçiliyi Nizamnaməsinin təsdiqi haqqında"  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 oktyabr tarixli 533 nömrəli qərarının birinci cümləsi ləğv edilsin.

 

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 28 yanvar.- S.2.