"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 10              Bakı şəhəri, 17 yanvar 2014-cü il

 

 

 

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 786-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 27 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866; 2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə 731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10, maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə 1000, ¹ 10, maddə 1202) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Büdcə gəlirlərinin təsnifatı"nın 1.4.2.2.1.6 kodunda "illik texniki baxışdan" sözləri "qanunla müəyyən edilmiş hallarda texniki baxışdan" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 28 yanvar.- S.2.