Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı  olan geyimininxüsusi vəsiqələrinin  formaları və təmin  edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 12              Bakı şəhəri, 17 yanvar 2014-cü il

 

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 750-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 57 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 189) ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nın 3.11-ci bəndinin üçüncü abzasının ikinci və üçüncü cümlələrində "Bayrağı" və "Bayrağın" sözləri müvafiq olaraq "Dövlət bayrağı" və "Dövlət Bayrağının" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 28 yanvar.- S.2.