ADA Universitetində
yeni MBA proqramının təqdimatı olmuşdur
Yanvarın 28-də ADA Universitetinin Biznes İnstitutunda beynəlxalq MBA proqramının açılışı keçirilmişdir.
ADA Universitetinin Kommunikasiya Departamentindən AzərTAc-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin giriş nitqi ilə çıxış etmişlər.
ADA Universiteti Biznes
İnstitutunun dekanı,
doktor Nejdet Delener yeni proqramı
təqdim etmişdir.
Qeyd edək
ki, biznesin idarə edilməsi üzrə magistratura proqramında təhsilin müddəti 18 aydır. İşləyənlər
üçün təhsil
uyğun qrafikdə aparılacaqdır. Proqramda
tələbələrə kadrların, səhiyyənin, texnologiyaların,
təchizat şəbəkəsinin
idarə olunması üzrə ixtisaslar təklif edilir.
MBA proqramında mühasibatlıq,
maliyyə, marketinq, liderlik, iqtisadiyyat və strategiya üzrə fənlər
ADA Universitetinin yüksək
ixtisaslı azərbaycanlı
və əcnəbi professorları tərəfindən
tədris olunacaqdır. Proqramda
iştirak üçün
iş təcrübəsi
tələb olunmur. Artıq sənədlərin qəbulu
başlanmışdır və
mayın 1-dək davam
edəcəkdir. Maraqlananlar əlavə
məlumat üçün
suallarını mba@ada.edu.az elektron ünvanına göndərə bilərlər.
Xatırladaq
ki, "ADA" Universitetinin Maastrixt Menecment Məktəbi ilə
birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramı artıq
fəaliyyətə başlamışdır. Modullarla tədris
olunan bu proqram minimum dördillik iş təcrübəsinə
malik peşəkarlar üçün nəzərdə
tutulmuşdur. Dərslər həm ADA Universitetinin, həm də
Maastrixt Menecment Məktəbinin professorları tərəfindən
Bakıda və Maastrixdə tədris edilir. Proqramın sonunda
məzunlara hər iki universitetin beynəlxalq səviyyədə
akkreditə olunmuş diplomu veriləcəkdir.
Azərbaycan.-2014.- 29 yanvar.- S.4.