Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır

 

Davos Forumu ölkəmizin beynəlxalq iqtisadi nüfuzunun daha da artdığını təsdiqlədi

 

 

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirib, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayıb. Tikilib istifadəyə verilmiş kəmərlər Azərbaycan neftini dünyaAvropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq.

Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda, respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Azərbaycan dünyaya qaz nəql edən ölkə kimi də tanınmaqdadır. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin ötən ilin sentyabr ayında "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnib. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaq. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaq. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

Son 10 ildə iqtisadiyyatımız üç dəfə artıb və rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən, islahatların aparılması və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes  imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Ölkə başçısı İlham Əliyevin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı da əlamətdar hadisələrlə yadda qalmışdır. Dünya İqtisadi Forumunda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olmuşdur. Forum iştirakçıları Azərbaycanda gedən iqtisadi yüksəlişə diqqət çəkmiş və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Forum ölkəmizin  beynəlxalq iqtisadi nüfuzunun daha da artmasına və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanlarının yaranmasına səbəb olmuşdur.

Forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaqdünya üzrə iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Forumun iqtisadisiyasi əhəmiyyəti bu gün daha da artıb. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Davosa işgüzar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşmüşdür. Prezident İlham Əliyevin İsrailin Prezidenti Şimon PeresBaş naziri Benyamin Netanyahu ilə görüşlərində Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Ölkə başçısının Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, İsveçrənin "Holcim" şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana, Fransanın "Airbus Group International" şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni, İsveçrənin "Swiss Re" şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker, Danimarkanın "Philips" şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə də görüşlərində adı çəkilən qurumların Azərbaycanla iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunmuş, yeni əməkdaşlıq təklifləri irəli sürülmüşdür.

Prezident İlham Əliyev Davosda keçirilən "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbulda iştirakı zamanı bildirib: "Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edirburada iqtisadi əməkdaşlıq üçün böyük potensial var. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır".

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır.

Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya - yeni sərhədlər" mövzusunda sessiyada iştirak edən Prezident İlham Əliyev bildirmişdir: "Təbii ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq da artmaqdadır. Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdürbu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynaqlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir.

Biz regionumuzda, həmçinin Mərkəzi Asiyada cərəyan edən hadisələri yaxından izləyirik. Xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir. Azərbaycana gəldikdə, biz bu məsələlər üzrə bundan sonra da fəal işləməyə davam edəcəyik və gələcəkdə yeni əməkdaşlıq sahələrinin müəyyən olunması üçün bütün zəruri tədbirləri görəcəyik".

Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.

Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.1.