Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi əsgərlərimiz
tərəfindən ələ keçirilmişdir
Müdafiə Nazirliyi bildirir ki, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdir.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınmışdır. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilmişdir.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, hazırda saxlanılan erməni əsirinin fəaliyyəti
ilə bağlı araşdırma aparılır.
Azərbaycan.-2014.- 29 yanvar.- S.1.