Klassik musiqimiz Türkiyədə səslənir

 

Qardaş ölkənin Qara dəniz bölgəsində türk dünyası bəstəkarlarının simfonik əsərlərindən ibarət konsert təşkil olunub. TÜRKSOY-un təşəbbüsü ilə hazırlanan bu konsertlərdə görkəmli Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də səsləndirilib.

"Türk dünyası müasir klassik musiqisinin şah əsərləri" adı alıtnda tərtib olunan proqrama əvvəlcə Trabzon şəhərində start verilib. Sonra Ordu, Samsun şəhərlərində keçirilən konsertlərdə Azərbaycan bəstəkarlarının operalarından ariyalar oxunub. Azərbaycanlı vokalist Nigar Cəbiyeva və türkiyəli sənətçi Demet Gürhan Qazaxıstanın simfonik orkestrinin müşayiəti ilə operalardan partiyalar oxuyublar.

Türk dünyası klassik musiqisinin təbliğinə yönələn konsertlər sonrakı günlərdə Ankarada, Əskişəhərdə, Bursada davam edib. Türkiyəli musiqisevərlər Azərbaycan bəstəkaralrının əsərlərini ayaqüstə alqışlayıblar.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.7.