Cari ildə də ölkə
iqtisadiyyatına kapital qoyuluşu
yüksək səviyyədə qalacaq
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında demişdir: "İl ərzində
ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç
vaxt il ərzində bu qədər investisiya
qoyulmamışdır. Son
bir neçə il ərzində
orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları
daxili sərmayədir.
Bu da artıq
neçə ildir ki, davam edən
tendensiyadır. Daxili sərmayə
xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində
əsas sərmayə
dövlət sərmayəsidir.
Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük
yatırımlar edir".
Azərbaycanda olan münbit investisiya mühiti həmişə sərmayəçilər
üçün cəlbedici
olub. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına kapital qoyuluşu ildən-ilə
dinamik şəkildə
artmaqda davam edir. Təsadüfi deyil ki, ölkədə aparılan
düzgün investisiya
siyasəti nəticəsində
son 10 ildə ölkə
iqtisadiyyatına 150 milyard
dollar sərmayə qoyulub.
Bu, Azərbaycan kimi kiçik bir ölkə üçün müstəsna
əhəmiyyət daşıyan
faktdır. Qlobal
iqtisadi böhranın
səngimədiyi şəraitdə
heç bir ölkə buna nail ola bilməyib.
Məlumdur ki, ötən əsrin axırlarında Azərbaycana xarici sərmayənin qoyulmasında
"Əsrin müqaviləsi"
mühüm rol oynamışdır. Ənənə XXI əsrdə də
uğurla davam edir. Bu mənada
2013-cü il dekabrın 17-də Bakıda
"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasını
ötən əsrdə
qazanılan uğurların
davamı kimi qəbul etmək olar. Belə ki, "Şahdəniz-2",
TANAP və TAP dünyanın
ən iri enerji layihələrindəndir
və ona 45 milyard dollar məbləğində
sərmayə cəlb
edilməsi gözlənilir.
Bundan əlavə, marşrut boyu yerləşən ölkələrdə
30 mindən çox yeni iş yerləri
yaradılacaq. Layihə çərçivəsində
təkcə ölkəmizdə
10 min nəfərin işə
cəlb edilməsi nəzərdə tutulur.
Bir sözlə, həmin layihə yüz minlərlə Azərbaycan
vətəndaşının sosial rifahının daha da yaxşılaşmasına
təkan verəcək.
Dövlət Statistika Komitəsinin
məlumatına görə,
ötən il ölkəmizin iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün
maliyyə mənbələrindən
əsas kapitala 17872,1 milyon manat
vəsait yönəldilmiş
və bunun 66,3 faizi tikinti-quraşdırma
işlərinin yerinə
yetirilməsinə sərf
edilmişdir. 2012-ci illə
müqayisədə əsas
kapitala yönəldilən
vəsaitin həcmi 15,1, tikinti-quraşdırma işlərinə sərf
edilmiş vəsaitin həcmi 25 faiz artmışdır. Dövlət
mülkiyyətində olan
müəssisə və
təşkilatlar əsas
kapitala 10326,3 milyon, qeyri-dövlət müəssisələri isə
7545,8 milyon manat vəsait sərf etmişlər. Yatırılan
sərmayədən məhsul
istehsalı obyektlərinin
inşasında 8635,7 milyon, xidmət sahələri üzrə
obyektlərin tikintisində
9236,4 milyon manat vəsait sərf olunmuşdur.
Qeyd etdiyimiz
kimi, ölkəmiz xarici kapital üçün də cəlbedici olaraq qalır. Bunun nəticəsidir
ki, ötən il xarici ölkələr
və beynəlxalq təşkilatlar tərəfindən
iqtisadiyyatımıza 3632,2
milyon manat sərmayə qoyulmuşdur.
Onun 87,2 faizi Böyük Britaniya, ABŞ, Norveç,
Yaponiya, Çexiya, Türkiyə və Fransa sərmayədarlarına
məxsus olmuşdur.
Bununla belə, ötən il daxili mənbələrdən
əsas kapitala yönəldilən vəsaitin
həcmi 2012-ci illə
müqayisədə 11,9
faiz artaraq ümumi sərmayənin
76,7 faizini təşkil
etmişdir. Onun 70,7 faizi dövlət,
29,3 faizi isə qeyri-dövlət bölməsinin
payına düşmüşdür.
Əsas kapitala yönəldilən sərmayənin
ümumi həcmində
müəssisə və
təşkilatların vəsaitləri
ümumi vəsaitin
44,8, bank kreditləri 4,8, büdcə
vəsaitləri 43,8, büdcədənkənar
fondların vəsaitləri
3,2, əhalinin şəxsi
vəsaitləri 2,6, digər
vəsaitlər 0,8 faiz
təşkil etmişdir.
Ötən il
əsas kapitala yatırılan ümumi vəsait ən çox sənaye sahələrinin inkişafına,
nəqliyyat və anbar təsərrüfatına,
daşınmaz əmlakla
əlaqədar əməliyyatlara,
tikintiyə, dövlət
idarəetməsinə sərf
olunmuşdur.
Azərbaycanda sənayenin qeyri-neft bölməsinin inkişafına
xüsusi əhəmiyyət
verilir. Biz bunu
dövlət tərəfindən
bu sahəyə kapital qoyuluşunu əks etdirən rəqəmlərdən də
aydın görürük.
Belə ki, qeyri-neft bölməsinin inkişafına sərf olunan vəsaitin həcmi 2012-ci ilə nisbətən 12,1 faiz artaraq ümumi
sərmayənin 70 faizini
təşkil etmişdir.
Qeyri-neft bölməsinə
yönəldilən vəsaitin
71,8 faizi dövlət, 28,2 faizi qeyri-dövlət mülkiyyətli
müəssisə və
təşkilatların payına
düşmüşdür.
Bütün bunların nəticəsidir
ki, ötən il ölkəmizdə
çox sayda sənaye, emal, aqrar, infrastruktur və sosial müəssisələr tikilərək
istifadəyə verilmişdir.
Həmin müəssisələrin
çox hissəsi regionlarda fəaliyyətə
başlamış və
ölkənin paytaxtı
kimi bölgələrdə
də yeni iş yerləri yaradılmışdır. Belə hal
region əhalisinin sosial
rifahını yaxşılaşdırmaqla
yanaşı, onların
paytaxta miqrasiya etməsinin də qarşısını xeyli
almışdır.
Kapital qoyuluşunun
artması və tikinti sektorunda olan dinamik inkişaf
bu sahədə çalışanların sayının
və onların əməkhaqlarının da
artmasına təkan vermişdir. Konkret rəqəmlərə müraciət
edək: 2013-cü ilin
yanvar-noyabr aylarında
inşaat bölməsində
çalışan işçilərin
orta aylıq siyahı sayı 2012-ci ilin eyni dövrü
ilə müqayisədə
8,4 faiz artaraq
100,6 min nəfərə çatmışdır.
Eyni zamanda tikintidə çalışan
işçilərin orta
aylıq nominal əməkhaqqı
5,3 faiz artaraq
616,8 manat təşkil
etmişdir. Hesabat dövründə mülki
təyinatlı inşaat
işlərində çalışan
işçilərin əməkhaqları
24,2, ixtisaslaşdırılmış
tikintidə işləyənlərinki
4,9, binaların tikintisində
çalışanlarınkı isə 0,6 faiz artmışdır.
Cari ildə
də iqtisadiyyatımıza
böyük həcmdə
kapital qoyuluşu nəzərdə tutulub. Bu barədə
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və
2014-cü ildə qarşıda
duran vəzifələrə
həsr olunmuş iclasında demişdir:
"İnvestisiya proqramı
kifayət qədər
böyük olacaqdır.
İnvestisiya proqramında əsas
infrastruktur layihələri
öz əksini tapıb. Hələ infrastruktur layihələrin
icrasına böyük
ehtiyac var. Düzdür,
son illərdə böyük
işlər görülmüşdür,
ancaq hələ ki, görüləsi işlər də çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə
qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır.
Belə olan halda, əlbəttə
ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir.
Azərbaycanda iqtisadi islahatların
aparılmasında böyük
təcrübə toplanmışdır.
Hətta
maaşların qaldırılması,
əmanətlərin verilməsi
və milyardlarla dollar
həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir.
Keçən il inflyasiyanın cəmi 2,4 faiz səviyyəsində
olması bunu göstərir. Bu, çox müsbət göstəricidir".
Rüstəm
KAMAL,
Azərbaycan.-2014.- 30 yanvar.- S.1.