«Jamestown.org» analitik resursunda «Azərbaycan təbii qazın
ixracında uzunmüddətli
strategiyanın qəbulunu
planlaşdırır» sərlövhəli məqalə yerləşdirilmişdir
ABŞ-da fəaliyyət göstərən "Jamestown" Fondunun Şərqi Avropa məsələləri üzrə tədqiqatçısı, siyasi analitik və tanınmış publisist Vladimir Sokorun nüfuzlu "Jamestown.org" analitik resursunda "Azərbaycan təbii qazın ixracında uzunmüddətli strategiyanı qəbul etməyi planlaşdırır" sərlövhəli məqaləsi yerləşdirilmişdir.
AzərTAc xəbər verir ki, müəllif yazıda qaz istehsalı sahələrini əhatə edən və Avropa İttifaqının bazarına doğru çəkiləcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri, "Şahdəniz-2" konsorsiumu barədə məlumat vermiş, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan bəhs etmişdir.
Materialda bildirilmişdir ki, "TANAP layihəsi Cənub Dəhlizi vasitəsilə uzunmüddətli strategiyanı təmin edir. Avropa qaz istehlakçılarının TANAP layihəsinə olan maraqları gündən-günə artır və bu layihənin icrası artıq qaz ixracatçısına çevrilən və tranzit ölkə sayılan Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərə bilər. Layihədə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan enerji təhlükəsizliyi məsələlərində oxşar maraqları paylaşırlar. TANAP kəməri Azərbaycanın Aİ ölkələri ilə əlaqələrini genişləndirmək üçün yeni imkanlar açacaqdır".
V.Sokor Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu boru kəmərlərinin ərsəyə gəlməsində böyük səhmlərə sahib olduğunu qeyd etmişdir: "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirovun sözlərinə əsasən, ARDNŞ birbaşa Yunanıstanın DESFA qazpaylayıcı şirkəti ilə Cənub-Şərqi Avropanın qaz bazarına daxil olmağı planlaşdırır. ARDNŞ, eləcə də Albaniyanın qazla təmin edilməsində rolunu genişləndirir".
Müəllif
neftlə zəngin olan və Xəzər dənizinin sahillərində
yerləşən Azərbaycana dünyanın bir çox
ölkələrinin irimiqyaslı neft şirkətlərinin
yatırımlar etdiyini qeyd etmişdir.
Azərbaycan.-2014.- 30 yanvar.- S.4.