Nazirlər Kabinetinin mətbuat
xidmətinin məlumatı
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə 2014-cü il yanvarın 30-da sərəncam qəbul edib.
Sərəncamda deyilir ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2014-cü il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2014-cü il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi:
- cari il üçün ölkənin
ortamüddətli iqtisadi
və sosial inkişaf proqramını
dəqiqləşdirmək üçün 2013-cü ilin
ilkin statistik məlumatlarını 2014-cü il fevralın 5-dək Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsin;
- növbəti büdcə
ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının,
dövlət büdcəsi
layihəsinin və toplu maliyyə balansının hazırlanması
üçün zəruri
statistik məlumatların
Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə,
Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
və digər əlaqədar təşkilatlara
mütəmadi olaraq təqdim edilməsini təmin etsin.
Azərbaycan Respublikasının Vergilər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
və dövlət büdcəsinin gəlirlərini
təmin edən digər orqanlar dövlət büdcəsinin
tərtibi və icrası prosesi üçün gəlirlərlə
bağlı zəruri
olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi
məqsədi ilə təkliflərini 2014-cü il
martın 1-dək Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə, növbəti
büdcə ili və sonrakı üç il üçün dövlət
büdcəsi gəlirlərinin
layihəsini hazırlamaq
məqsədi ilə
2014-cü il mayın
1-dək Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin hazırladığı təlimat
məktubuna uyğun olaraq, müvafiq məlumatları 2014-cü il
iyulun 1-dək Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etməlidirlər.
Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi 2015-ci il və sonrakı üç il üçün dövlət
və icmal büdcələrinin proqnozunun
(gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2014-cü il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını
2014-cü il sentyabrın
5-dək, dövlət büdcəsində
dövlət investisiya
xərclərinin ilkin
həcmini 2014-cü il
martın 31-dək, dəqiqləşdirilmiş
məbləğini isə
2014-cü il iyulun 20-dək
Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat
və Sənaye Nazirliyi:
-
2014-cü il dəqiqləşdirilmiş,
2015-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının
və proqnoz göstəricilərinin, ümumi
və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun
2015-ci il üçün
ilkin proqnozlarını
2014-cü il martın
1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət
büdcəsinin layihəsi
ilə uyğunlaşdırmaq
məqsədi ilə dövlət investisiya proqramının layihəsini
2014-cü il avqustun
1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etməli;
- 2015-ci il və
sonrakı üç
il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin orta illik indeksinin,
orta aylıq əməkhaqqının, əhalinin
gəlir və xərclərinin, məşğulluğunun
və demoqrafik göstəricilərinin ilkin
variantını 2014-cü il
martın 1-dək, dəqiqləşdirilmiş
variantını isə
2014-cü il avqustun
1-dək Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.
Azərbaycan Respublikası Vergilər
Nazirliyinin regional və
yerli bölmələri
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırdığı
formalara və cari il mayın
1-dək Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin hazırladığı təlimat
məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət
büdcəsinin gəlirləri
üzrə proqnoz layihələrini 2014-cü il
iyunun 1-dək Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin aidiyyəti
yerli bölmələrinə
təqdim etməlidirlər.
Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabinetinə,
nazirliklərin, komitələrin,
idarə və təşkilatların rəhbərlərinə,
şəhər və
rayon icra hakimiyyəti
orqanlarına tapşırılsın
və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadiyyat
və Sənaye Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının
təhlili əsasında
növbəti büdcə
ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını,
proqnoz göstəricilərini
və toplu maliyyə balansını hazırlamaq üçün
2014-cü il iyulun 15-dək
Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək tövsiyə olunub.
Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti, dövlət büdcəsindən
müvafiq maliyyə yardımları alan
idarə və təşkilatlar, həmçinin
yerli icra hakimiyyətləri Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin rayon (şəhər)
üzrə maliyyə
idarələri (şöbələri)
ilə birlikdə növbəti büdcə
ili və sonrakı üç il üçün büdcə layihələrini
(hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə)
2014-cü il iyulun 1-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etməlidirlər.
Nazirliklər, komitələr və
dövlət büdcəsindən
maliyyələşən digər
təşkilatlar:
- növbəti büdcə ili və sonrakı üç il üçün büdcə
layihələrini (hər
bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği
ayrıca göstərilməklə)
və büdcə prosesinin təkmilləşdirilməsinə
dair təkliflərini
2014-cü il iyulun 1-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etməli;
- dövlət büdcəsi vəsaitinin
səmərəli istifadəsini
təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri
çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə
adı, sayı və vəzifə maaşı göstərilməklə)
barədə məlumatları
hər rübdən sonrakı ayın 15-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
təqdim etməlidir.
Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu və Azərbaycan
Respublikasının Dövlət
Neft Fondu növbəti büdcə
ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2014-cü il
martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə
2014-cü il iyulun 1-dək
Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etməlidir.
Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə razılaşdırmaqla, "Avtomobil
Yolları" Məqsədli
Büdcə Fondunun, Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
"Dövlət zəmanəti
ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə
layihələrinin ilkin
variantını 2014-cü il
martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə
2014-cü il iyulun 1-dək
Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə
tövsiyə edilsin ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası
Qanununun 11.14-cü maddəsində
göstərilən sənədləri
və məlumatları
2014-cü il mayın 1-dək Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etmək tövsiyə
olunub.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2014-cü il iyulun 1-dək:
- aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Sərəncamda
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə
tapşırılmışdır ki, lazım olduqda, ölkənin
növbəti büdcə ili və gələn üç il
üçün dövlət büdcəsi layihəsinin,
iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu
maliyyə balansının tərtibi üçün əlavə
əsaslandırıcı materialları və hesablamaları
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə
onların struktur bölmələrindən, mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq, digər
hüquqi şəxslərdən, bələdiyyələrdən,
büdcə və büdcədənkənar dövlət
fondlarından tələb etsinlər.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan.-2014.- 31 yanvar.- S.1.