"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 19 Bakı şəhəri,
24 yanvar 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 1 - "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"nin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı
1. "İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli
Cəmiyyət.
Azərbaycan.-2014.- 31 yanvar.- S.1.