Azərbaycan nümayəndə heyətinin
rəhbəri AŞ PA sessiyasında keçirilən
yığıncağa sədrlik etmişdir
Yanvarın 30-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni seçilən sədri An Brassörün xahişi ilə qurumun dördüncü iş günü müzakirə olunan "Enerji şaxələndirilməsinin davamlı inkişafa fundamental töhfəsi kimi" mövzusunda keçirilən yığıncağa sədrlik etmişdir.
Bu,
Avropa Şurası-Azərbaycan arasında sıx əlaqələrin
bariz nümunəsi olmaqla yanaşı, AŞ PA sədrinin Azərbaycana
etimadından xəbər verir.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2014.- 31 yanvar.- S.3.