“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tikintiyə icazə verilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 847) aşağıdakı dəyişikliklər edilsin:

1.1.      4.2-ci bəndə “69.8-ci maddəsində,” sözlərindən sonra “75.4-cü maddəsinin birinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin;

1.2.      4.7-ci bənddə “75.4-cü maddəsinin birinci (hər iki halda)” sözləri “75.4-cü maddəsinin birinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulantikintinin təyinatına uyğun olaraq rəy bildirməli olan aidiyyəti qurumların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində müəyyən etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 mart 2015-ci il

Azərbaycan.-2015.- 1 aprel.-  S.1.