“Azərbaycan Respublikası Energetika
Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin
say həddinin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 15 may tarixli 404 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli
fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli fərmanını “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1034-IVQD nömrəli qanununun tətbiqi və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 308 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 365, ¹ 6, maddə 637) ilə təsdiq edilmiş Əlavə 1 “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndindən “, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il
Azərbaycan.-2015.-
1 aprel.- S.1.