“İcra məmurları
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 18; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 23; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 1, maddə 4, ¹ 7, maddə 712; 2010, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 477, ¹ 7, maddə 584, ¹ 12, maddə 1092; 2013, ¹ 7, maddə 788) 7-ci maddəsinin ikinci hissəsinin ikinci abzasından “andlı iclasçıların,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2015-ci il
Azərbaycan.-2015.-
1 aprel.- S.1.