Azərbaycan Prezidenti İlham Əliyev
rusiyalı kinorejissor Nikita Mixalkovu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də
Rusiya Kinematoqrafçılar İttifaqının sədri,
kinorejissor Nikita Mixalkovu qəbul edib.
Nikita
Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq
hissi keçirdiyini bildirdi. Bakıda misli görünməmiş
inkişafın şahidi olduğunu vurğulayan kinorejissor
filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla
xatırladı. Ölkəmizdə gedən böyük inkişaf
proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə
göstərdiyi müstəsna xidmətlərin önəmini
vurğulayaraq Ulu Öndərin Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra dövlətçiliyin qurulması və
möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd etdi.
Dövlətimizin
başçısı Azərbaycan ilə Rusiya arasında
ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə,
o cümlədən humanitar sahədə uğurla inkişaf
etdiyini vurğuladı. Prezident İlham Əliyev Rusiya
Kinematoqrafçılar İttifaqının sədri,
kinorejissor Nikita Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz
arasında mədəniyyət sahəsində əlaqələrin
daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini
bildirdi. Dövlətimizin başçısı ölkəmizdə
mədəniyyətin, o cümlədən kinematoqrafiyanın
inkişafına dövlət səviyyəsində
qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin
dünyada təbliğ olunması istiqamətində
ardıcıl işlər aparıldığını da qeyd
etdi.
Görüşdə
ölkələrimiz arasında mədəniyyət, o cümlədən
kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Sonra
Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi
təqdim etdi.
Azərbaycan.-2015.- 2 aprel.- S.1.