Antiazərbaycançı şəbəkənin növbəti kampaniyası da iflasa uğradı

 

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin

haqq səsinin yayılması üçün yeni bir təkan olacaq

 

Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinə 71 gün qalır. Ölkəmiz möhtəşəm idman bayramına hazırlaşır. Prezident İlham Əliyev mütəmadi olaraq görülən bütün işlərlə yaxından tanış olurmüvafiq tapşırıqlarını verir. Beynəlxalq konfransların, forumların, yarışların keçirildiyi məkana çevrilən Azərbaycan ilk dəfə baş tutacaq Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək və dünyaya səs salacaq.

Lakin bu böyük idman tədbirinin ölkəmizdə keçirilməsini həzm edə bilməyən qüvvələr öz çirkin əməllərindən həmişəki kimi əl çəkmirlər. Müntəzəm olaraq ədalətsiz və qeyri-obyektiv hesabatları ilə ölkəmizin imicinə zərbə vurmağa çalışan “Amnesty İnternational”, “Human Rights Watch” və “Azadlıq” radiosu yenə də inkişafını, uğurlarını qəbul edə bilmədikləri Azərbaycanı hədəfə alıblar. Çirkin niyyətləri isə hər kəsə bəllidir - I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi. Erməni lobbisinin maliyyəsi ilə dolanan bu təşkilatlar Avropa Olimpiya Komitəsinin Azərbaycana etimad göstərdiyi gündən indiyədək “qara piar” kampaniyalarını davam etdirirlər. Azərbaycanı gözdən salmaq, qorxulu ölkə kimi Avropaya təqdim etmək istəyənlər dəridən-qabıqdan çıxsalar da, heç biruğur” əldə edə bilmirlər. Böyük Britaniyanın www.insidethegames.biz internet saytının son günlərdə yaydığı məlumatın yalan, iftira olduğu ortaya çıxdıqdan sonra isə lap rüsvay oldu. Elə siyasətçilər də deyirlər ki, antiazərbaycançı şəbəkənin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Rafiq Məmmədhəsənovun sözlərinə görə, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini heç cür qəbul edə bilməyən bəzi beynəlxalq təşkilatların və onların təbliğat ruporlarının idman bayramı ərəfəsindəki uğursuz spekulyasiyaları Avropanı heçnarahat etmir. Çünki Avropadünya əhalisi Azərbaycanın necə bir ölkə olduğunu Bakıda keçirilən “Eurovision” mahnı yarışması ilə bir daha dəqiqləşdiriblər. Bakı şəhəri bu gün Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır və belə bir tədbirin keçirilməsi üçün məhz paytaxtımızın seçilməsi Azərbaycana verilən yüksək dəyərin növbəti göstəricisidir. Deputat vurğulayır ki, I Avropa Oyunları bütövlükdə Azərbaycan dövlətinin təqdimatıdır, dövlətin yüksək təşkilatçılığının göstəricisidir və belə beynəlxalq və nüfuzlu idman yarışına ev sahibliyi etmək hər ölkəyə nəsib olmur.

Deputat deyir ki, bu gün müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin uğurlarını həzm edə bilməyən qüvvələrin I Avropa Oyunları ərəfəsində “fəallaşması” yeni hadisə deyil. Çünki xaricdə olan bir qrup ermənipərəst qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinə və xalqına qarşı zaman-zaman müxtəlif fəaliyyətlər göstərirlər. Lakin hər dəfə layiqli cavablarını aldıqdan sonra geri çəkilmək məcburiyyətində qalırlar: “İndi də ortalığa düşüb erməni lobbisinin tapşırıqlarını yerinə yetirməklə məşğul olan bəzi beynəlxalq təşkilatlar və “Azadlıq” radiosu Azərbaycanı gözdən salmağa çalışırlar. Ancaq yaxşı bilirlər ki, Avropa Olimpiya Komitəsi ciddi problemləri olan bir ölkədə mötəbər idman yarışının keçirilməsinə razılıq verə bilməz. Çünki bu yarışlarda yüzlərlə idmançı, minlərlə turist iştirak edəcək və onların təhlükəsizliyinin təmin olunması, yarışların yüksək səviyyədə keçirilməsi ən vacib məsələlərdən biridir. Azərbaycanın seçilməsi isə o deməkdir ki, ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir, yüksək təşkilatçılığı ilə dünyada tanınır. Bütün bunlar isə Azərbaycan dövlətinin inkişafını, nüfuzunu, sabitliyini və xalqı ilə qurduğu möhkəm əlaqəni nümayiş etdirir”.

R.Məmmədhəsənov onu da bildirdi ki, Azərbaycan bu beynəlxalq idman yarışmasını uğurla keçirəcək və I Avropa Oyunları da Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi kimi dünyaya nümunə ola biləcək hadisə kimi tarixə düşəcək.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov isə hesab edir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi açıqlama antiazərbaycançı şəbəkənin “qara piar” kampaniyasını, onların “niyyətlərini” fiaskoya uğratdı:Patrik Hikki səslənən iddiaları alt-üst edərək, Avropa Oyunlarını “qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri” olaraq dəyərləndirdi. Patrik Hikki bu mötəbər idman turnirini böyük hadisə adlandırdı. Görəsən, bu idman bayramını ikinci dərəcəli idman yarışı adlandıranlar həmin açıqlamadan sonra heç peşiman oldularmı?”

Deputat bildirdi ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinin özü ilk növbədə tarixi idman hadisəsidir. Çünki Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə bu oyunlarda təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, deyə bilərik ki, ölkəmizin təbliğatında Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür: “I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni bir səhifə açır. Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atacaq. Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyə bilir. Bu da ölkəmizi istəməyən qüvvələri çox məyus edəcək. Ona görə onlar hər vəchlə çalışırlar ki, qarayaxma kampaniyası aparıb idman yarışına kölgə salsınlar. Ancaq aydın görünür ki, bu şər qüvvələr həmişə olduğu kimi, bu dəfə də iflasa uğrayacaqlar”.

İ.Məmmədovun fikrincə, Avropa Oyunları ölkəmizə daha böyük siyasiiqtisadi dividendlər gətirəcək. İlk növbədə, ölkəmizin beynəlxalq aləmdə etibarlılığı daha da artacaq. Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Azərbaycanı istəməyən, uğurlarını qəbul edə bilməyən qüvvələr isə bundan çox əndişələnəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 2 aprel.- S.3.