Avropa Azərbaycanlıları Konqresi
soyqırımı ilə
bağlı Avropa Parlamentinə müraciət edib
Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin Insan Hüquqlqrı Komitəsinin sədr müavini Kristian Dan Predaya bəyannamə ilə müraciət edib. Bəyannamədə 97 il bundan əvvəl - 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib və 1998-ci ildən etibarən 31 mart təqvim tarixinin Azərbaycanda soyqırımı günü kimi qeyd olunduğu bildirilib.
Daha
sonra bəyannamədə Zaqafqaziyanın sovetləşməsindən
öz çirkin məqsədləri üçün istifadə
edən ermənilərin azərbaycanlılara qarşı
apardıqları etnik təmizləmə və onların
zaman-zaman kütləvi deportasiyası, eləcə də Qərbi
Azərbaycan ərazilərində azərbaycanlıların
izini itirmək məqsədilə buradakı qəbiristanlıqların,
tariõi mədəni abidələrin, məscidlərin, məktəb,
õəstəõana və digər binaların ermənilər tərəfindən
darmadağın edilməsi haqqında məlumat verilib. Həmçinin
bildirilib ki, 1918-ci il mart soyqırımından 97 il keçməsinə
baxmayaraq, bu bəşəri cinayətlər hələ də
beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini
almayıb. Cəzasızlıq mühiti erməni millətçilərini
Azərbaycan xalqına qarşı yeni soyqırımları
törətməyə ruhlandırıb və 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni hərbi
birləşmələri Azərbaycanın Xocalı şəhərinə
hücuma keçərək dinc əhaliyə amansız divan
tutublar. Cəzasız qalan erməni millətçiləri Azərbaycan
xalqına qarşı əsl müharibəyə
başlayıb və Azərbaycanın Dağlıq Qarabağ
bölgəsini və daha 7 rayonunu işğal ediblər.
Bəyannamədə
beynəlxalq terrorizmə qarşı mübarizəni
qarşıya məqsəd qoyan dünya ictimaiyyətindən
Azərbaycan xalqına qarşı bu gün də davam edən
zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməsi tələb
olunub və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın
haqq mövqeyini dəstəkləməyə,
soyqırımını dövlət siyasətinin tərkib
hissəsinə çevirən Ermənistan dövlətinə
sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi
bütövlüyünün, qaçqın və məcburi
köçkünlərin kütləvi şəkildə
pozulmuş hüquqlarının bərpa edilməsinə biganə
yanaşmamağa çağırılıb.
Mətbuata
açıqlamanın sonunda dünya ictimaiyyətinin və
nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülh və
əmin-amanlığın bərqərar olunması
üçün bütün imkanlarını səfərbər
etməklə böyük səylər göstərəcəyinə
ümid edildiyi vurğulanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi
müxbiri
Berlin
Azərbaycan.-2015.- 2 aprel.- S.4.