Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti və Baş
naziri, Dubay Əmirinin rəsmi
qarşılanma mərasimi
Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş
naziri,
Dubayın
Əmirinin Azərbaycana rəsmi səfəri
Azərbaycan
Respublikasına rəsmi səfərə gələn Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş
naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd
bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi
qarşılanma mərasimi olub.
Hər
iki ölkənin dövlət bayraqlarının dalğalandığı
meydanda hörmətli qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fəxri
qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə
raport verdi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş
naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd
bin-Rəşid Əl-Maktumu qarşıladı.
Fəxri
qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd
bin-Rəşid Əl-Maktuma raport verdi.
Birləşmiş
Ərəb Əmirliklərinin və Azərbaycan
Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan
Respublikasının dövlət və hökumət nümayəndələri
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid
Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin
nümayəndə heyətinin üzvləri Prezident İlham
Əliyevə təqdim olundu.
Fəxri
qarovul dəstəsi hərbi marşın sədaları
altında Prezident İlham Əliyevin və Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş
naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd
bin-Rəşid Əl-Maktumun qarşısından keçdi.
Prezident
İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd
bin-Rəşid Əl-Maktum rəsmi foto çəkdirdilər.
Azərbaycan.-2015.- 3 aprel.- S.1.