Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri sənədləri imzalanıb
Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti və
Baş naziri, Dubayın Əmirinin
Azərbaycana rəsmi səfəri
Aprelin
2-də geniş tərkibdə görüş başa
çatdıqdan sonra Prezident İlham Əliyevin və
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid
Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası
və Birləşmiş Ərəb Əmirlikləri
arasında sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə
Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə
Halların, Böhranların və Fəlakətlərin
İdarə Edilməsi Komitəsi arasında fövqəladə
halların idarə olunması sahəsində Anlaşma
Memorandumunu Azərbaycan Respublikasının fövqəladə
hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş
Ərəb Əmirliklərinin xarici işlər üzrə
dövlət naziri Ənvər Məhəmməd Qarqaş
imzaladılar.
Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi ilə Birləşmiş Ərəb
Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə
Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq
haqqında Anlaşma Memorandumunu Azərbaycan
Respublikasının maliyyə naziri Samir Şərifov və
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat
naziri Sultan Bin Səid Əl-Mənsuri imzaladılar.
Azərbaycan.-2015.- 3 aprel.- S.2.